DÜNYA


Tacikistanda sərhəd zastavasına hücum edənlər İŞİD silahlıları olub

Bakı, 6 noyabr, AZƏRTAC

Tacikistan-Özbəkistan sərhədində zastavaya hücum edənlər İŞİD terror qruplaşmasının yaraqlıları olub.

AZƏRTAC xəbər verir ki, bu barədə Tacikistanın Milli Təhlükəsizlik Komitəsi məlumat yayıb. Qurumun məlumatına əsasən, silahlılar noyabrın 3-də Əfqanıstanın şimal-şərqində yerləşən Qunduz əyalətinin Kalai-Zol qəzasından Özbəkistana daxil olublar.

Bir qədər əvvəl Tacikistan Sərhəd Qoşunlarının mətbuat xidməti 20 nəfərdən ibarət silahlı qrupun Özbəkistanla sərhəddə yerləşən zastavaya hücum etdiyini bildirib. Güc strukturlarının keçirdiyi əməliyyat nəticəsində hücum edən silahlılardan 15-i öldürülüb, beşi isə saxlanılıb. Əməliyyat zamanı, həmçinin sərhəd qoşunlarının bir əsgəri və Daxili İşlər Nazirliyinin bir əməkdaşı həlak olub.

Hazırda hadisə ilə bağlı təhqiqat aparılır. Tutulan silahlılar Tacikistanda terror aktları törətmək tapşırığı aldıqlarını deyiblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.