DÜNYA


Tacikistanda sovet dövründən qalan hərbi rütbə adlarını dəyişdirmək qərara alınıb

Düşənbə, 2 noyabr, АZƏRTAC

Tacikistanda sovet dövründən qalan hərbi rütbə adlarını dəyişdirmək qərara alınıb.

AZƏRTAC xəbər verir ki, Tacikistan hökuməti yanında Dil və Terminologiya Komitəsi alimlərdən, hərbçilərdən Əhəmənilər, Sasanilər, Samanilər dövrünün qədim əlyazmalarını araşdıran xüsusi qrup yaradıb. Bu qrup milli ordunun zabit və serjant heyətinə verilən hərbi adların tacik dilində alternativlərini dəqiqləşdirməklə məşğuldur.

Komitənin məsul əməkdaşı Əbdurahim Zulfoniyon deyib: “Qrup komitənin təklif etdiyi tacik hərbi adlarını müzakirəyə çıxarıb bəyənəcək. Hazırda Tacikistan odrusunda işlədilən rus hərbi rütbələr islahatlardan sonra belə səslənəcək: yefreytor - radabon, kiçik serjant - dastavar, serjant - dastayor, böyük serjant - dastabon, starşina - sardasta, kapitan - sadavar, podpolkovnik - ləşkəryor, polkovnik - sərləşkər”.

Daha yüksək rütbələrin necə adlandırılması barədə məlumat hələ ki verilmir.

Qulu Kəngərli

AZƏRTAC-ın xüsusi müxbiri

Düşənbə

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.