DÜNYA


Tacikistanda sovet dövrünün heykəllərini parka yığmaq təklif olunub

Düşənbə, 14 mart, AZƏRTAC

Tacikistanda sovet dövrünün heykəllərini paytaxtdakı Qələbə parkına yığmaq təklif edilib.

AZƏRTAC ölkə mətbuatına istinadla xəbər verir ki, bununla bağlı Tacikistan Bədii Fondu təklif verib.

Fondun rəhbəri Alim Nəbiyev deyib ki, Düşənbədə və respublikanın müxtəlif rayonlarında vaxtilə qoyulan bu abidələr müxtəlif səbəblərdən götürülür.

Bu abidələr Tacikistanın sovet dövrü tarixini əks etdirir və onlar qalmalıdır. Onun sözlərinə görə, Leninin, Stalinin, Dzerjinskinin, Kuybişevin və digərlərinin abidələri Bədii Fondun emalatxanasında saxlanılacaq.

İdeyanı Tacikistanın Mədəniyyət Nazirliyi də dəstəkləyib.

Bildirilir ki, müxtəlif rayonlarda kommunist partiyasının veteranları belə, abidələri evlərinə aparıb qoruyurlar.

Qulu Kəngərli

AZƏRTAC-ın xüsusi müxbiri

Düşənbə

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.