DÜNYA


Tacikistanın Xarici İşlər Nazirliyi Qırğızıstanla sərhəddəki son münaqişə ilə əlaqədar bu ölkəyə nota verib

Düşənbə, 17 sentyabr, AZƏRTAC 

Tacikistanın Xarici İşlər Nazirliyi Qırğızıstanla sərhəddəki son münaqişə ilə əlaqədar bu ölkənin Düşənbədəki müvəqqəti işlər vəkilinə nota verib.

AZƏRTAC xəbər verir ki, notada sərhəddəki münaqişədə Qırğızıstan tərəfi günahlandırılır, odlu silahdan məhz birinci qırğız hərbçilərinin atəş açdığı bildirilir. Qeyd olunur ki, bunun da nəticəsində üç tacik hərbçisi həlak olub, beş adam yaralanıb.

Həmçinin Tacikistan Qırğızıstan tərəfini sərhəddə təxribat törətməkdə günahlandırır. Bildirilir ki, bu ölkə sərhədə 250-300 hərbçi toplayıb və odlu silahdan atəş açan da onlar olub.

Xatırladırıq ki, Qırğızıstan-Tacikistan sərhədi müntəzəm olaraq yerli əhali və sərhədçilər arasında münaqişə zonasına çevrilir. Bunun da səbəbi ölkələr arasında bu zonada sərhədlərin delimitasiya edilməməsidir.

Qulu Kəngərli

AZƏRTAC-ın xüsusi müxbiri

Düşənbə

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.