SİYASƏT
Tacikistanın “Xovar” agentliyi MDB Dövlət İnformasiya Agentlikləri Rəhbərləri Şurasının Bakıda keçirilən XXII iclasından bəhs edib
Düşənbə, 17 noyabr, AZƏRTAC
Tacikistanın “Xovar” agentliyi noyabrın 16-da Bakıda keçirilən MDB Dövlət İnformasiya Agentlikləri Rəhbərləri Şurasının (İnformşura) XXII iclası barədə məlumat yayıb.
AZƏRTAC-a istinadla verilən məlumatda bildirilir ki, iclasda Müstəqil Dövlətlər Birliyi çərçivəsində informasiya sahəsində tərəfdaşlıq münasibətləri, agentliklər arasında təcrübə mübadiləsinin aparılması, birgə layihələrin həyata keçirilməsi və digər məsələlər müzakirə olunub.
Agentlik tədbirdə “Xovar” agentliyi direktorunun müavini Sarvara Azimovanın da iştirak etdiyini bildirib.
Qulu Kəngərli
AZƏRTAC-ın xüsusi müxbiri
Düşənbə