SİYASƏT
Tacikistanın “avesta.tj” portalı işğal olunmuş ərazilərimizdə PKK terrorçularının, Suriyadan və Livandan gətirilən muzdluların vuruşduqlarını yazır
Düşənbə, 9 oktyabr, АZƏRTAC
Tacikistanın “avesta.tj” portalında yerləşdirilən məqalədə Ermənistanın işğal etdiyi ərazilərdə PKK terrorçularının, Suriyadan, Livandan, İraqdan gətirilən muzdluların vuruşduqları qeyd olunub.
AZƏRTAC xəbər verir ki, məqalədə döyüşlərdə Ermənistan ordusunun sıralarında Yaxın Şərqdəki münaqişələrdə aktiv iştirak etmiş “Firkat Xamza”, “Cabxat an-Nusra”, “Sultan Murad” və digər terror təşkilatlarının, o cümlədən PKK qruplaşmasının üzvlərinin də vuruşduqları diqqətə çatdırılıb. Hərbi əməliyyatlarda iştirak edən terrorçuların bəzilərinin Azərbaycanın xüsusi xidmət orqanları tərəfindən ələ keçirilən radio danışıqlarında onların aldandıqları və vəziyyətin ağır olduğu barədə bir-birinə məlumat vermələri yazıda vurğulanıb.
Qulu Kəngərli
AZƏRTAC-ın xüsusi müxbiri
Düşənbə