İQTİSADİYYAT
Tacikistanın dövlət əmanət bankı “IBA-EXPRESS” sisteminə qoşulmuşdur
Bakı, 7 dekabr (AZƏRTAC). Tacikistanın dövlət əmanət bankı “Amonatbonk” “ABB-Moskva” MMC-nin “IBA-EXPRESS” pul köçürmələri sisteminə qoşulmuşdur.
Azərbaycan Beynəlxalq Bankından AZƏRTAC-a bildirmişlər ki, “Amonatbonk” 5 vilayət, 70 şəhər və rayon şöbəsindən ibarət filial şəbəkəsinə, eləcə də 507 agentliyə malikdir. Rusiya-Tacikistan tranzaksiya dəhlizi pul köçürmələrinin həcminə görə MDB-də ən iri dəhlizlərdən biridir. Rusiya bankının məlumatına görə, təkcə 2012-ci ildə Rusiyadan Tacikistana köçürmələrin həcmi 3,634 milyard dollardan və ya Tacikistan ÜDM-in 48 faizdən çox olmuşdur.
Tacikistanda ən iri xidmət şəbəkəsi ilə qarşılıqlı əlaqə “IBA-EXPRESS”ə Rusiyadakı tacik diasporunun nümayəndələrinə son dərəcə geniş şəbəkə təklif etməyə və pul köçürmələri sistemindən yararlanmağa imkan yaradacaqdır.