CƏMİYYƏT


Tacikistanın internet portalında əfsanəvi partizan Əhmədiyyə Cəbrayılov haqqında məqalə yerləşdirilib

Düşənbə, 23 sentyabr, AZƏRTAC 

Tacikistanin avesta.tj portalı İkinci Dünya müharibəsi dövründə antifaşist Müqavimət hərəkatının görkəmli nümayəndəsi, əfsanəvi partizan Əhmədiyyə Cəbrayılov haqqında “Xalq öz qəhrəmanlarını unutmur” sərlövhəli məqalə dərc edib.

Vurğulanır ki, bu il Azərbaycanda qəhrəmanın 100 illiyi qeyd olunur.

Materialda bildirilir ki, müharibənin ilk günlərindən 700 min azərbaycanlı cəbhəyə gedib və faşist Almaniyasına qarşı vuruşub.

Məqalədə Əhmədiyyə Cəbrayılovun qəhrəmanlığı haqqında ətraflı söhbət açılır, faşizmə qarşı mübarizədə şücaət göstərmiş azərbaycanlıların adları qeyd olunur.

 

Qulu Kəngərli

AZƏRTAC-ın xüsusi müxbiri

Düşənbə

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.