DÜNYA


Tacikistanın naxıştikmə sənəti UNESCO-nun Qeyri-Maddi Mədəni İrs üzrə Reprezentativ Siyahısına daxil edilib

Düşənbə, 5 dekabr, АZƏRTAC 

Tacikistanın çakan naxıştikmə sənəti UNESCO-nun Qeyri-Maddi Mədəni İrs üzrə Reprezentativ Siyahısına daxil edilib.

AZƏRTAC Tacikistan mətbuatına istinadla xəbər verir ki, çakan pambıq və ya ipək parça üzərində rəngbərəng saplarla gül və ya simvolik şəkillər toxunma sənətidir. Adətən ətraf mühit və fəza ilə bağlı elementləri əks etdirən naxışlar insanların ümid və arzularının təcəssümü olan rəmz və mifoloji təsvirlərdən ibarətdir.

Gözəlliyi, insanla təbiətin vəhdətini təmsil edən bu sənət növü gənc nəsil tərəfindən öyrənilir və yaşadılır.

Qulu Kəngərli

AZƏRTAC-ın xüsusi müxbiri

Düşənbə

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.