CƏBHƏ XƏBƏRLƏRİ


Tacikistanın xəbər portalında Ermənistanın Azərbaycana qarşı növbəti hərbi təxribatı haqqında məqalə dərc edilib

Düşənbə, 29 sentyabr, АZƏRTAC 

Tacikistanın avesta.tj portalı Ermənistanın Azərbaycana qarşı növbəti hərbi təxribatı ilə əlaqədar rus dilində geniş məqalə verib.

AZƏRTAC xəbər verir ki, məqalədə Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində Ermənistanın qanunsuz hərəkətləri, Livan ermənilərinin Dağlıq Qarabağda və Azərbaycanın işğal edilmiş digər ərazilərində məskunlaşdırılması, işğalçı dövlətin beynəlxalq hüququn norma və prinsiplərini kobud şəkildə pozduğu və nəhayət, sentyabrın 27-də səhər tezdən Ermənistan silahlı qüvvələrinin törətdiyi genişmiqyaslı təxribatların yeni hərbi münaqişəyə gətirib çıxardığı işıqlandırılıb.

Məqalədə Ermənistan silahlı qüvvələrinin cəbhəboyu zonada yerləşən Azərbaycan Ordusunun mövqelərini və yaşayış məntəqələrini iriçaplı silahlar, minaatanlar və müxtəlif çaplı artilleriya qurğularından atəşə tutduğu və bütün bunların Azərbaycan Ordusunun əks-hücumu ilə nəticələndiyi bildirilir.

Yazıda vurğulanır ki, ermənilər Azərbaycanın mülki əhalisinə atəş açır, günahsız adamlar qətlə yetirilir.

Qeyd olunur ki, Azərbaycan Ordusunun əks-hücumu nəticəsində Füzuli-Cəbrayıl istiqamətində 7 kənd və Murovdağ zirvəsi işğaldan azad edilib.

Azərbaycan Prezidenti İlham Əliyevin xalqa müraciəti hər kəsdə ruh yüksəkliyi yaradıb. Prezident müraciətində deyib: “Azərbaycan, sadəcə olaraq, öz maraqlarını müdafiə edir, öz mövqeyini dəstəkləyir və öz siyasətini alnıaçıq aparır. Biz dəfələrlə bəyan etmişik ki, Dağlıq Qarabağ əzəli tarixi Azərbaycan torpağıdır və bu, həqiqətdir”.

Qulu Kəngərli

AZƏRTAC-ın xüsusi müxbiri

Düşənbə

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.