DÜNYA


Tacikistanla Özbəkistanın əmtəə mübadiləsinin 1 milyard dollara çatdırılması ilə bağlı razılıq əldə edilib

Düşənbə, 7 iyun, AZƏRTAC

Tacikistanda səfərdə olan Özbəkistanın Baş nazirinin müavini, investisiya və xarici ticarət naziri Sardor Umurzakov bu ölkənin iqtisadi inkişaf və ticarət naziri Zavki Zavkizoda və investisiya və xarici ticarət naziri Şerali Kabirlə görüşüb.

AZƏRTAC xəbər verir ki, görüşdə ölkələr arasında əmtəə mübadiləsinin 1 milyard dollara çatdırılması ilə bağlı razılıq əldə olunub.

Danışıqlarda birgə müəssisələrin və azad iqtisadi zonaların yaradılması istiqamətində fikir mübadiləsi aparılıb. Qeyd olunub ki, bu ilin 4 ayı ərzində ölkələr arasında ticarət dövriyyəsi ötən ilin müvafiq dövrü ilə müqayisədə 30 faiz artıb və 133 milyon dollara çatıb.

Tərəflər Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin Tacikistana rəsmi səfərinə hazırlıq məsələlərini də müzakirə ediblər.

Qulu Kəngərli

AZƏRTAC-ın xüsusi müxbiri

Düşənbə

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.