REGİONLAR


Taekvondo üzrə Ağcabədi rayon turniri keçirilib

Ağcabədi, 17 iyun, AZƏRTAC

Ağcabədidə 15 İyun - Milli Qurtuluş Gününə həsr olunmuş taekvondo idman növü üzrə uşaq, yeniyetmə və gənclər arasında rayon turniri keçirilib.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Ağcabədi Rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə “Rizvan” Taekvondo Klubunun idman zalında keçirilən turnirdə 75 nəfər taekvondoçu iştirak edib.

Gərgin mübarizə şəraitində keçən yarışın yekununda qalib idmançılara diplomlar təqdim olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.