REGİONLAR


Taekvondo üzrə Avropa birinciliyindən medalla qayıdan ağcabədili idmançılarla görüş keçirilib

Ağcabədi, 8 sentyabr, AZƏRTAC

Ağcabədi rayon Gənclər və İdman İdarəsində taekvondo idman növü üzrə Avropa birinciliyində yüksək nəticə göstərmiş ağcabədili idmançılarla görüş keçirilib.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, gənclər və idman idarəsinin rəisi Rüfət Quliyev idmançıları uğurlu çıxışlarına görə təbrik edib, onlara bundan sonrakı yarışlarda da qələbələr arzulayıb. Məlumat verilib ki, avqustun 25-dən 27-dək Estoniyanın Tallin şəhərində keçirilən uşaq və yeniyetmələr arasında taekvondo idman növü üzrə Avropa birinciliyində milli yığma komandanın tərkibində iştirak edən Ağcabədi taekvondoçuları 2 medal qazanıblar. Taekvondoçularımızdan uşaqlar arasında çıxış edən Çingiz Həsənov 36 kiloqram çəki dərəcəsində birinci, yeniyetmələr arasında çıxış edən Vasif Səlimov isə 45 kiloqram çəki dərəcəsində ikinci yerə layiq görülüb.

Görüşdə idmançılar mükafatlandırılıb, onlara yeni-yeni nailiyyətlər arzu edilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.