İDMAN


Taekvondo üzrə Avropa çempionatında iştirak edəcək Azərbaycan komandasının heyəti açıqlanıb

Bakı, 15 may, AZƏRTAC

Mayın 19-22-də Böyük Britaniyanın Mançester şəhərində keçiriləcək taekvondo üzrə Avropa çempionatında iştirak edəcək Azərbaycan komandasının heyəti açıqlanıb.

Azərbaycan Taekvondo Federasiyasının mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, çempionatda ölkəmizi federasiyanın vitse-prezidentləri Nağı Səfərov və Niyaməddin Paşayev, kişilərdən ibarət milli komandanın baş məşqçisi Reza Mehmandoust və böyük məşqçi Sənan Həşimov, qadınlardan ibarət milli komandanın baş məşqçisi Səbuhi Zülfüqarov və böyük məşqçi Rəşad Məmmədovun rəhbərliyi altında ölkəmizi 13 idmançı təmsil edəcək.

Belə ki, kişi taekvondoçulardan Səyyad Dadaşov (54 kq), Pərviz İsgəndərov (58 kq), Qaşım Maqomedov (63 kq), Cavad Ağayev (68 kq), Eltac Qafarov (74 kq), Taleh Süleymanov (80 kq), Milad Hərçəqani (87 kq), və Radik İsaev (87 kq yuxarı) mübarizə aparacaq.

Qadınlardan Minayə Əkbərova (46 kq), Patimat Abakarova (49 kq), Röya Hacıyeva (53 kq), Fatimə Məcidova (57 kq) və Fəridə Əzizova (67 kq) dayanq üzərinə çıxacaq.

Parataekvondo komandasının da heyəti bəllidir. Qitə çempionatına qatılacaq millinin baş məşqçi Fərid Tağızadə və böyük məşqçi Yaşar Səfərovun yetirmələrindən Röyalə Fətəliyeva (47 kq), Sabir Zeynalov (58 kq), Sadiq Həmidov (63 kq), İmaməddin Xəlilov (70 kq) və Əbülfəz Abuzərli (80 kq) medallar uğrunda mübarizə aparacaq. Xatırladaq ki, parataekvondoçuların da Avropa çempionatı eyni məkanda keçiriləcək.

Beynəlxalq dərəcəli referi Oh Kvanq Çeol və Ramal Camalov çempionatda ölkəmizi təmsil edəcəklər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.