İDMAN


Taekvondo üzrə gənclər arasında Azərbaycan birinciliyinin ilk yarış gününün qalibləri müəyyənləşib

Bakı, 2 dekabr, AZƏRTAC

Gənclər arasında taekvondo üzrə Sumqayıt Olimpiya İdman Kompleksində keçirilən Azərbaycan birinciliyinin ilk yarış günündə qızlar və oğlanlar arasında 8 çəki dərəcəsi üzrə qalib və mükafatçılar müəyyənləşib.

AZƏRTAC xəbər verir ki, qızlar arasında keçirilən yarışlarda Səbinə Quliyeva (44 kq), Nərgiz Kazımova (49 kq), Fatimə Həsənova (59 kq), Elnarə İbrahimova (63 kq) qızıl medal qazanıblar.

Oğlanların yarışında isə Xıdır Məmmədov (45 kq), Nihad Məmmədzadə (48 kq), İslam Əhmədzadə (51 kq), Kənan Əmiraslanov (55 kq) bütün rəqiblərini məğlub edərək qalib adına layiq görülüblər.

Yarışda 2005-2007-ci il təvəllüdlü idmançılar iştirak edirlər. Birincilikdə 226 taekvondoçu mübarizə aparır.

Turnir iki gün davam edəcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.