REGİONLAR


Taekvondo üzrə uğurlu nəticələr əldə etmiş ağcabədili idmançılarla görüş keçirilib

Ağcabədi, 25 iyun, AZƏRTAC

Ağcabədi Rayon Gənclər və İdman İdarəsində taekvondo idman növü üzrə “Croatia Open” beynəlxalq turnirində və “Koreya səfiri kuboku”nda yüksək nəticələr əldə etmiş ağcabədili idmançılarla görüş keçirilib.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, gənclər və idman idarəsinin rəisi Rüfət Quliyev idmançıları qazandıqları nəticə münasibətilə təbrik edib, onlara yeni uğurlar arzulayıb. Bildirilib ki, son illərdə taekvondo idman növünə Ağcabədidə maraq artmaqdadır. Bunu taekvondo idman növü üzrə respublika çempionatı və birinciliklərində, eləcə də beynəlxalq turnirlərdə əldə olunan nəticələr də təsdiq edir.

Qeyd edək ki, 2022-ci il iyunun 10-11-də Bakı şəhərində keçirilmiş Taekvondo idman növü üzrə yeniyetmə və gənclər arasında “Koreya səfiri kuboku”nda ağcabədili taekvondoçular 8 medal qazanıb. Kənan Əliyev 37 kiloqram, Riad Quluyev 41 kiloqram, Vasif Səlimov 53 kiloqram çəki dərəcələrində birinci, Səfər Behbudzadə 33 kiloqram çəki dərəcəsində ikinci, Əli Mirzəyev 37 kiloqram, Çingiz Həsənov 41 kiloqram, Firəngül Abbaszadə 41 kiloqram, Məhəmməd Kazımov 53 kiloqram, Qəzənfər Həsənov 61 kiloqram çəki dərəcələrində üçüncü yerə layiq görülüb.

2022-ci il iyunun 18-19-da Xorvatiyanın paytaxtı Zaqreb şəhərində keçirilmiş taekvondo üzrə “Croatia Open” beynəlxalq turnirində milli yığma komandamızın tərkibində iştirak edən 3 ağcabədili taekvondoçudan 2-si Vətənə medalla qayıdıb. Onlardan Vasif Səlimov 53 kiloqram çəki dərəcəsində birinci, Səfər Behbudzadə isə 33 kiloqram çəki dərəcəsində ikinci yerə layiq görülüb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.