İDMAN


Taekvondoçularımız “Ukrayna Open” beynəlxalq turnirində 10 medal qazanıblar

Bakı, 19 mart, AZƏRTAC 

Taekvondo üzrə “Ukrayna Open” beynəlxalq turnirə yekun vurulub.

AZƏRTAC xəbər verir ki, 23 idmançı ilə G1 kateqoriyalı yarışa qatılan böyüklərdən ibarət milli komandamız 3 qızıl, 1 gümüş və 6 bürünc medal qazanıb.

Turnirin ilk günü Qaşım Maqomedov (58 kq) yarışın qalibi, Məcid Sofiyev (54 kq) və Şəms Həsənova (62 kq) isə bürünc medala sahib olublar.

Yarışın sonuncu günü də millimiz üçün uğurlu olub. Komandamızın yeddi üzvü fəxri kürsüyə qalxıb. Qadın taekvondoçularımızdan Fəridə Əzizova (67 kq) və Patimat Abakarova (53 kq) yarışı qızıl medalla başa vurublar. Radik İsaev (87 kq-dan yuxarı) isə həlledici döyüşdə məğlub olaraq gümüş medalla kifayətlənib. Millinin digər üzvlərindən Məhəmməd Məmmədov (68 kq), Ramin Əzizov (87 kq), Rufina Əlizadə (53 kq) və Elvarə Cəlilova (73 kq-dan yuxarı) bürünc medal qazanıblar.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.