İDMAN


Taekvondoçularımız V İslamiadanı beş medalla başa vurublar

Konya, 12 avqust, Səxavət Quliyev, AZƏRTAC

Türkiyənin Konya şəhərində təşkil olunan V İslam Həmrəyliyi Oyunlarının səkkizinci günündə üç taekvondoçumuz dayanq üzərinə çıxıb.

AZƏRTAC xəbər verir ki, turnirdə 74 kiloqram çəki dərəcəsində mübarizə aparan təmsilçimiz Məhəmməd Məmmədov ilk görüşündə qabonlu Mussa Amar Sisseye qalib gəlib. Ancaq dörddəbir finalda idmançımız Özbəkistan təmsilçisi Casurbek Casurova məğlub olaraq mübarizəni dayandırıb.

Millimizin digər üzvləri Fatimə Məcidova (62 kq) və Radik İsayev (+87 kq) ilk görüşdə məğlub olublar.

Beləliklə, Azərbaycan taekvondoçuları V İslamiadanı 1 qızıl, 2 gümüş və 2 bürünc medalla başa vurublar. Belə ki, Fəridə Əzizova (67 kq) qızıl, Minayə Əkbərova (46 kq), Cavad Ağayev (68 kq) gümüş, Patimat Abakarova (49 kq) və Həşim Məhəmmədov (58 kq) isə bürünc medallara yiyələniblər.

Qeyd edək ki, Azərbaycan təmsilçiləri İslamiadada 24 idman növündən 22-sində iştirak edir.

Oyunlar vaxtı 483 dəst medal öz sahibini tapacaq.

Beşinci İslam Həmrəyliyi Oyunları 2021-ci ilin sentyabrında keçirilməli idi. Daha sonra pandemiya ilə əlaqədar yarışa hazırlığın tam aparılması üçün Oyunların 2022-ci ilə təxirə salınması məqsədəuyğun hesab olunmuşdu. İlk dəfə İslam Həmrəyliyi Oyunları Səudiyyə Ərəbistanında keçirilib. Dördüncü İslam Həmrəyliyi Oyunlarına Azərbaycan ev sahibliyi edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.