İDMAN


Taekvondoçularımız lisenziya xarakterli Avropa təsnifat turnirində çıxış edəcəklər

Bakı, 4 may, AZƏRTAC

Taekvondo üzrə Azərbaycan milli komandası Bolqarıstanda keçiriləcək Tokio Olimpiadasına lisenziya xarakterli Avropa təsnifat turnirində iştirak edəcəklər.

AZƏRTAC xəbər verir ki, yığmamız paytaxt Sofiyada təşkil ediləcək yarışda üç idmançı ilə təmsil olunacaq. Kişilərin yarışında 80 kiloqramdan yuxarı çəki dərəcəsində Radik İsayev, qadınlardan isə Patimat Abakarova (49 kq) və Fəridə Əzizova (67 kq) lisenziya uğrunda mübarizə aparacaqlar.

Baş məşqçilər Reza Mehmandoust və Elnur Amanovun rəhbərlik etdiyi millinin iştirak edəcəyi yarışlar mayın 7-8-də keçiriləcək.

Xatırladaq ki, kişi taekvondoçumuz Milad Beigi Hərçəqani artıq Tokio Yay Olimpiya Oyunlarına lisenziyanı təmin edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.