İDMAN


Taekvondoçumuz Minayə Əkbərova V İslam Həmrəyliyi Oyunlarının finalına yüksəlib

Konya, 11 avqust, Səxavət Quliyev, AZƏRTAC

Azərbaycan taekvondoçusu Minayə Əkbərova (46 kq) V İslam Həmrəyliyi Oyunlarında daha bir görüşünü uğurla başa vurub.

AZƏRTAC xəbər verir ki, təmsilçimiz yarımfinalda özbəkistanlı rəqibini məğlub etməklə finala yüksəlib. İdmançı bu gün həlledici qarşılaşmada Mərakeş təmsilçisi ilə üz-üzə gələcək.

Qeyd edək ki, taekvondoçularımız indiyədək 1 qızıl, 1 gümüş və 2 bürünc medal qazanıblar. Belə ki, Fəridə Əzizova (67 kq) qızıl, Cavad Ağayev (68 kq) gümüş, Patimat Abakarova (49 kq) və Həşim Məhəmmədov (58 kq) bürünc medallara yiyələniblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.