İDMAN


Taekvondoçumuz Tokio Yay Olimpiya Oyunlarına lisenziya qazanıb

Bakı, 7 may, AZƏRTAC

Mayın 7-də Bolqarıstanın paytaxtı Sofiyada Olimpiya Oyunlarına lisenziya xarakterli taekvondo üzrə Avropa təsnifat turnirinə start verilib.

AZƏRTAC xəbər verir ki, yarışın birinci günündə iki taekvondoçumuz - 49 kiloqram çəki dərəcəsində Patimat Abakarova və Fəridə Əzizova (67 kq) dayanq üzərinə çıxıblar. Fəridə Əzizova birinci qarşılaşmada Rumıniya təmsilçisi Andreea Mocanu üzərində 8:2 hesablı qələbə qazanıb. Növbəti mərhələdə çexiyalı Petra Stolbovanı 11:4 hesabı ilə məğlub edən taekvondoçumuz yarımfinala vəsiqəni təmin edib. Növbəti rəqib ukraynalı idmançı Tatyana Tetereviatnikovanı da məğlub edən Fəridə Əzizova finala yüksələrək Tokio Yay Olimpiya Oyunlarına lisenziyaya sahib olub.

Digər təmsilçimiz Patimat Abakarova rumıniyalı Liana Musteataya uduzaraq yarışı erkən başa vurub.

Turnirdə Azərbaycanı 3 idmançı təmsil edir. Kişi taekvondoçumuz Radik İsayev (+80 kq) mübarizəyə mayın 8-də başlayacaq. Turnir iki gün davam edəcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.