İDMAN


Taekvondoçumuz V İslam Həmrəyliyi Oyunlarının finalına vəsiqə qazanıb

Konya, 10 avqust, Səxavət Quliyev, AZƏRTAC

Türkiyənin Konya şəhərində təşkil olunan V İslam Həmrəyliyi Oyunlarında taekvondoçumuz qızıl medal uğrunda mübarizə qazanacaq.

AZƏRTAC xəbər verir ki, komandamızın üzvü Fəridə Əzizova (67 kq) yarımfinalda rəqibinə qalib gələrək finala vəsiqə qazanıb.

Qeyd edək ki, bu gün digər taekvondoçumuz Patimat Abakarova (49 kq) bürünc medala sahib olub. Komandamızın daha bir üzvü Cavad Ağayev (68 kq) də finala vəsiqə uğrunda mübarizə aparacaq.

Xatırladaq ki, bundan əvvəl Anna Skidan (atletika, çəkicatma) qızıl, Aleksis Kopello (atletika, üç təkanla tullanma), Alyona Kolesnik (güləş, 59 kq) gümüş, Həşim Məhəmmədov (taekvondo, 58 kq) isə bürünc medala sahib olublar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.