REGİONLAR


Tağı Tağızadə: Gələcəkdə “ASAN Həyat” komplekslərində Yeni il bayramında da festivallar keçiriləcək VİDEO

Şəki, 11 mart, Mustafa Dadaşov, AZƏRTAC

Şəkidəki “ASAN Həyat” kompleksində növbəti Bahar festivalı keçirilir. İlk festivalımız martın əvvəlində Qubada reallaşıb. Festivalın davamı Masallı rayonunda olacaq. Belə festivalların gələcəkdə yalnız Novruz bayramı ərəfəsində deyil, həmçinin dekabrda, Yeni il bayramı günlərində də keçirilməsi nəzərdə tutulur.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu sözləri “ASAN xidmət”in tabeliyində olan “İnnovasiyalar Mərkəzi” MMC-nin direktoru Tağı Tağızadə Şəkidə keçirilən Bahar festivalında jurnalistlərə müsahibəsində deyib.

Festivalın əsas məqsədinin xalqımızın Novruz adət-ənənələrini yaşatmaq və gələcək nəsillərə çatdırmaq olduğunu vurğulayan “ASAN xidmət”in təmsilçisi deyib: “Bu tədbirin bir özəlliyi də ondan ibarətdir ki, festivalda yalnız bizim Novruz adət-ənənələrimiz nümayiş etdirilmir, eyni zamanda, bu bayramı qeyd edən digər ölkələrin Azərbaycandakı diplomatik nümayəndəlikləri də öz milli bayram adət-ənənələrini, mətbəx nümunələrini təqdim edirlər”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.