REGİONLAR


Taha Ayhan: Qarabağla bağlı həqiqətləri müsəlman xalqlar arasında daha geniş yaymalıyıq

Gəncə, 18 noyabr, M.Əlioğlu, foto R.Mehdiyev, AZƏRTAC

Azərbaycanın zəfərini qeyd etmək, onun haqlı mübarizəsini dəstəkləmək və yanında olduğumuzu göstərmək üçün 56 ölkənin və bütün dünyanın müsəlman gəncliyi olaraq Azərbaycana gəlmişik. Bu gün şəhidləri anmaq, buradakı yaralılara dəstək olmaq, erməni vəhşiliyinə diqqəti yönəltmək üçün burada - Gəncədəyik. Gəncədə mülki vətəndaşlara qarşı törədilən müharibə cinayətlərini şiddətlə qınayırıq.

AZƏRTAC-ın bölgəyə ezam olunmuş müxbiri xəbər verir ki, bu barədə noyabrın 18-də İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Gənclər Forumunun prezidenti Taha Ayhan jurnalistlərə müsahibəsində bildirib.

Ölkəmizin haqlı mübarizəsində qazandığı Qələbə münasibətilə xalqımızı təbrik edən İƏT Gənclər Forumunun prezidenti deyib ki, 27 il davam edən siyasi mübarizə yekunda Azərbaycan əsgərinin döyüşdəki Qələbəsi və Prezident İlham Əliyevin sayəsində diplomatiya müstəvisində zəfərlə nəticələnib.

Ermənistan silahlı qüvvələri Gəncə, Naftalan, Bərdə, Tərtər və Mingəçevirdə mülki vətəndaşlara qarşı və yaşayış məntəqələrinə raketlərlə hücumlar edib. Bu hücumlar nəticəsində dinc sakinlər, o cümlədən uşaqlar həlak olub. Ermənilər mülki vətəndaşları gecə vaxtı qadağan olunmuş silahlarla - raketlərlə hədəfə alıblar. Onların məqsədi azərbaycanlı qardaşlarımızı qorxutmaq, xaos yaratmaq olub. Ancaq gəncəlilər qorxmadılar, əksinə, bütün azərbaycanlılar dövlətin arxasında dayandılar, əsgərlər döyüş meydanında qələbə çaldılar.

Taha Ayhan deyib: “Biz də İƏT Gənclər Forumu olaraq Azərbaycanın yanındayıq, onun haqq mübarizəsini müdafiə edirik və Qarabağın Azərbaycana məxsus olduğunu hər zaman beynəlxalq arenalarda dilə gətirəcəyik. Qarabağla bağlı həqiqətləri dünyadakı müsəlman xalqları arasında daha geniş yaymalıyıq.

Dünyadakı müsəlman qardaşlarımızı Azərbaycanı, o cümlədən Qarabağı və Gəncəni ziyarət etməyə, bu möhtəşəm Qələbə ilə bağlı həqiqətləri daha geniş şəkildə yaymağa çağırıram. İnanıram ki, Azərbaycan və Türkiyə xalqları birlikdə həmrəylik nümayiş etdirdikcə, biz yeni qələbələr, daha gözəl günlərin şahidi olacağıq”.

Türkiyə və Azərbaycan arasındakı qardaşlıq, dostluq münasibətlərinin və birliyin bütün Türkiyə vətəndaşlarını da məmnun etdiyini bildirən Taha Ayhan vurğulayıb: “Biz Türkiyənin hər küçə və prospektində Azərbaycan bayrağını öz bayrağımız kimi qürurla dalğalandırırıq. İnanıram ki, işğal altındakı digər ərazilər də Azərbaycana qaytarılacaq”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.