SİYASƏT


Tahir Budaqov: Azərbaycan bu gün öz şanlı tarixinin çox əlamətdar dövrünü yaşayır

Bakı, 26 oktyabr, AZƏRTAC

Bu gün Azərbaycan öz şanlı tarixinin çox əlamətdar dövrünü yaşayır. 44 günlük Vətən müharibəsini Zəfərlə başa vuran - möhtəşəm Qələbə qazanan Azərbaycan ərazi bütövlüyünü təmin etməklə yanaşı, tarixi ədaləti və milli ləyaqətini bərpa etdi. Təbii ki, istər bu müharibə, istər ondan əvvəlki, istərsə də sonrakı dövrdə Azərbaycan xalqı və dövləti hər zaman Türkiyə dövlətinin və xalqının, qardaş ölkənin Prezidentinin, rəsmilərinin güclü dəstəyini hiss edib. Şübhəsiz ki, Türkiyə kimi qüdrətli bir dövlətin birmənalı mənəvi - siyasi dəstəyi Azərbaycana əlavə güc verdi, ölkəmizə qarşı olan bir çox dairələrin, qüvvələrin neytrallaşdırılması bu proseslərə fəal müdaxilənin qarşısını aldı.

AZƏRTAC xəbər verir ki, bu fikirləri Yeni Azərbaycan Partiyası Sədrinin müavini – Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov söyləyib.

Azərbaycan-Türkiyə münasibətlərinin postmüharibə dövründə də yüksələn xətlə inkişaf etdiyini bildirən Tahir Budaqov deyib: “Türkiyə Cümhuriyyətinin Prezidenti Rəcəb Tayyib Ərdoğanın oktyabrın 26-da Azərbaycana növbəti səfəri və bu səfər çərçivəsində Füzuli Beynəlxalq Hava Limanının açılması Azərbaycan-Türkiyə qardaşlığının, dostluğunun, tərəfdaşlığının, strateji müttəfiqlik səviyyəsinə yüksələn münasibətlərinin növbəti təzahürüdür. Eyni zamanda, bu səfər iki ölkə arasında sarsılmaz dostluğu növbəti dəfə dünya ictimaiyyətinə açıq şəkildə nümayiş etdirəcək, çox mühüm bir mesaj olacaq. Bu səfər, həmçinin Azərbaycanın işğaldan azad olunmuş ərazilərinin bərpası və ümumilikdə regionda yeni reallıqların, yeni geostrateji vəziyyətin möhkəmlənməsi baxımından xüsusi önəm daşıyacaq”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.