SİYASƏT


Tahir Budaqov: Ulu öndər Heydər Əliyev bütün həyatını Azərbaycan xalqına həsr edib VİDEO

Bakı, 10 may, AZƏRTAC

Bu gün Azərbaycan xalqının tarixində əlamətdar bir gündür. Biz bu gün ulu öndərimiz Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünü qeyd edirik.

AZƏRTAC xəbər verir ki, bu fikirləri Yeni Azərbaycan Partiyası Sədrinin müavini-Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov jurnalistlərə açıqlamasında deyib.

Tahir Budaqov bildirib ki, ulu öndər Heydər Əliyev bütün həyatını Azərbaycan xalqına həsr edib. Qədirbilən xalqımız da Ümummilli Liderimizin əziz xatirəsini daim uca tutur.

“Ulu öndər Heydər Əliyev dövlətimiz və xalqımız üçün müstəsna xidmətlər göstərib, müasir müstəqil Azərbaycan dövlətini qurub. Bu gün vətəndaşlarımız Azərbaycanın dünyada söz və nüfuz sahibi olan ölkəyə çevrilməsi, ən əsası torpaqlarımızın işğaldan azad olunması istiqamətində görülən işlərin təməlini qoyan bu dahi insana ehtiram əlaməti olaraq Fəxri xiyabana axın edir, onun əziz xatirəsini uca tutaraq hörmətlə yad edirlər”, - deyə YAP sədrinin müavini vurğulayıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.