SİYASƏT


Tahir Budaqov: YAP və AK Parti arasında strateji əməkdaşlıq davamlıdır

Bakı, 16 iyun, AZƏRTAC

Yeni Azərbaycan Partiyası (YAP) və Türkiyənin Ədalət və İnkişaf Partiyası (AK Parti) arasında strateji əməkdaşlıq davamlıdır.

AZƏRTAC xəbər verir ki, bunu Yeni Azərbaycan Partiyası (YAP) Sədrinin müavini - Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov Türkiyə nümayəndə heyətinin üzvləri ilə görüşdən sonra kütləvi informasiya vasitələri nümayəndələri üçün təşkil olunan mətbuat konfransında bildirib.

Tahir Budaqov deyib: “Xalqlarımız Türkiyə ilə Azərbaycanı bağlayan birgə mənəvi dəyərləri qoruyaraq daim bir yerdə olublar. İyunun 15-də YAP və AK Parti iki möhtəşəm hadisənin ildönümündə - Milli Qurtuluş Günündə və tarixi Şuşa Bəyannaməsinin imzalandığı tarixdə Şuşada tarixi sayılacaq konfrans keçirdilər. Bu, görünən həqiqətdir ki, prezidentlərimiz İlham Əliyev və Rəcəb Tayyib Ərdoğanın imzaladığı Bəyannamə artıq ilkin nəticələrini verməkdədir”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.