İQTİSADİYYAT


Tahir Mirkişili: 2022-ci ilin icmal büdcəsinin gəliri 27 milyard 685 milyon manat təşkil edəcək

Bakı, 3 dekabr, AZƏRTAC

2022-ci ilin dövlət büdcəsinin ümumi məbləği dəyişməsə də, bir sıra maddələrdə dəyişikliklər edilib.

AZƏRTAC xəbər verir ki, bunu Milli Məclisin iclasında “Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsi haqqında” qanun layihəsinin üçüncü oxunuşda müzakirəsi zamanı parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili deyib.

O qeyd edib ki, dəyişikliyə əsasən, əsas bölmələrə aid edilməyən xərclər bölməsindən 172 milyon 887,6 min manat azaldılaraq bəzi istiqamətlər üzrə məbləğlər artırılıb.

İcmal büdcənin gəlir və xərcləri müvafiq olaraq 27 milyard 685 milyon və 32 milyard 914 milyon manat təşkil edəcək. İcmal büdcənin kəsiri isə dəyişməyərək 5 milyard 229 milyon manat səviyyəsində qalacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.