Azərbaycan Dövlət İnformasiya Agentliyi

İQTİSADİYYAT

Tahir Mirkişili: Azərbaycanın iqtisadi resursları müstəqilliyimizi təmin edəcək qədər güclüdür

Tahir Mirkişili: Azərbaycanın iqtisadi resursları müstəqilliyimizi təmin edəcək qədər güclüdür

Bakı, 29 yanvar, AZƏRTAC

Son 18 ildə Azərbaycanın bütövlükdə inkişafı, əldə etdiyimiz uğurlar Prezident, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyevin yorulmaz, fədakar fəaliyyəti, onun cəsarəti və eyni zamanda, uzaqgörənliyi sayəsində mümkün olub. Azərbaycan keçən dövr ərzində kifayət qədər tarixi uğurlar qazanıb. Bu uğurlar həm iqtisadiyyatda, həm sosial sahədə, həm də Azərbaycanın beynəlxalq nüfuzunun artması istiqamətində əldə edilib. Eyni zamanda, bu uğurlar içərisində ölkədə əldə edilmiş milli birliyin nəticəsində uzun illər ərzində işğal altında olan torpaqlarımızın azad olunmasını xüsusilə vurğulamaq lazımdır.

Ötən son 18 ildə Azərbaycanda 4 mühüm nəticəyə nail olunub. İlk növbədə, Azərbaycanda dayanıqlı əsaslara söykənən güclü birlik yaranıb. Bu, həm xalq-iqtidar birliyidir, eyni zamanda, müxtəlif millətlərin və dinlərin birliyidir. Hər bir xalqın nümayəndəsi bu gün Azərbaycanda kifayət qədər rahat yaşayır, öz dilində danışa, öz dininə sitayiş edə bilir və yaxud hər hansı bir siyasi partiyanın nümayəndəsi öz fikirlərini azad şəkildə ifadə edir. Azərbaycanda belə bir birliyin əldə olunması çox böyük uğurdur. Yeni Azərbaycan Partiyasının VII qurultayında 6 siyasi partiyanın YAP-a qoşulması da sözsüz ki, bu birliyin, həmrəyliyin nümunəsidir. Bu, həm də Yeni Azərbaycan Partiyasının nüfuzunun artmasının, xalqın maraqlarına xidmət etməsinin, iqtidara qarşı olan müsbət ictimai fikrin və ən ümdəsi, partiyanın Sədri Prezident İlham Əliyevə və Sədrin birinci müavini Mehriban xanım Əliyevaya olan ümumxalq məhəbbətinin daha da artmasının göstəricisidir.

İkinci mühüm nəticə iqtisadiyyatda əldə edilmiş uğurlarla bağlıdır. Bu müddətdə Azərbaycan iqtisadiyyatı 3 dəfədən çox artıb. Bu gün Cənubi Qafqazın iqtisadiyyatının böyük hissəsi ölkəmizə aiddir. Bu gün regionda Azərbaycanın iştirakı olmadan reallaşan hər hansı bir layihə yoxdur. Azərbaycan regionda iqtisadi baxımdan ən müstəqil ölkədir. 2020-ci ildə pandemiya ilə mübarizədə, Vətən müharibəsi zamanı iqtisadi resurslarımız və müstəqilliyimiz həlledici rol oynadı. Azərbaycanın iqtisadi, maliyyə resursları müstəqilliyimizi təmin edəcək qədər güclüdür, yetərlidir və bundan sonra da Azərbaycanın müstəqilliyinin, qüdrətinin güclənməsini təmin edəcəkdir.

AZƏRTAC xəbər verir ki, bu fikirlər Yeni Azərbaycan Partiyası İdarə Heyətinin üzvü, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişilinin “YAP-ın yeni proqramında iqtisadi hədəflər” sərlövhəli məqaləsində yer alıb.

Məqalədə bildirilir ki, ötən 18 ildə Azərbaycanın əldə etdiyi ən böyük üçüncü nəticə beynəlxalq nüfuzunun artması ilə bağlıdır. Ölkəmizin müstəqillik qazandığı illərdə hər birimizin arzusu Azərbaycanın daha çox tanınması, milli, mənəvi dəyərlərinin xaricdə təbliği, məşhur şeirdə deyildiyi kimi, “imzalarımızın imzalar arasında olması” idi. Hər zaman Azərbaycan deyəndə onun tanınması, adət-ənənələrimizin geniş yayılmasını çox arzulayırdıq. Biz artıq bu arzulara çatmışıq. Bu gün Azərbaycan dünyada kifayət qədər nüfuzlu, öz milli dəyərləri olan, qurub-yaradan, güclü və müstəqil bir ölkə kimi qəbul edilir.

Ölkəmiz hazırda Qoşulmama Hərəkatının sədridir. Azərbaycan BMT Təhlükəsizlik Şurasına rəhbərlik edən ölkələrdən biri olub, bütövlükdə Avropa Şurasında, ATƏT-də, Avropa İttifaqında müstəqil və yaradıcı mövqeyi olan azsaylı ölkələrdən biridir.

Dördüncü nəticə isə uzun illər Azərbaycan xalqının vahid bir amal uğrunda - ərazilərinin azad olunması istiqamətində apardığı mübarizədən tam qalib çıxmasıdır. İşğal olunmuş torpaqlarımızın Müzəffər Ali Baş Komandanımız İlham Əliyevin rəhbərliyi ilə erməni tapdağından azad edilməsi milli qürurumuzun dirçəlməsi, xalqımızın başının ucalması ilə nəticələndi. Şəhidlərimizin qanı bahasına, əsgər və zabitlərimizin qəhrəmanlığı, xalqımızın dəstəyi ilə qazandığımız bu möhtəşəm Qələbə tarixi uğur oldu və bundan sonra minilliklər boyu ölkəmizin və xalqımızın inkişafı üçün layiqli şərait yaradacaq.

Uzun illərin ardıcıl və fədakar hazırlığından sonra məhz 2020-ci ildə Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə Azərbaycan Ordusu bu Qələbəyə nail oldu. Düşmənə ağır zərbə vuruldu, möhtəşəm Zəfər qazanıldı. Bu gün Azərbaycan XXI əsrdə dünyada yeni reallıqlar yaradan qalib xalq, regionda daha çox hesablaşılan ölkə kimi qəbul olunur.

Bu 4 istiqamətdə əldə edilən mühüm nəticələr həm də Yeni Azərbaycan Partiyasının rəhbəri kimi Prezident İlham Əliyevin, eyni zamanda, bu amallara xidmət edən hər bir azərbaycanlının əməyinin bəhrəsidir. Biz artıq yeni reallıqlar dövrünə daxil olmuşuq. Bu reallıqları biz öz gücümüzlə yaratdıq. Ona görə də yeni dövrün əsas söz sahibi Azərbaycandır.

Xalq və dövlət olaraq artıq bizi düşündürən əsas məsələlər bunlardan ibarətdir: bundan sonra bizi hansı çağırışlar gözləyir, keçmişdə hansı səhvlərimiz olub, bu səhvlərin bir daha təkrarlanmaması üçün hansı addımları atmalıyıq, dövlətimizin daha da güclənməsi üçün hansı istiqamətdə daha çox inkişaf etməliyik, xaricdən gələn təhlükələrə necə cavab verməliyik və sair.

2021-ci il martın 5-də YAP-ın VII qurultayında partiyanın Sədri, Prezident İlham Əliyev bütün bu məsələlərlə bağlı kifayət qədər açıq və geniş nitq söylədi, gələcək fəaliyyət istiqamətlərini göstərdi. “İqtisadi müstəqillik həm hazırlıq baxımından, həm siyasi müstəqilliyin möhkəmləndirilməsi baxımından əsas şərt idi. Buna da nail olduq. Bu gün istənilən meyar üzrə, istənilən parametr üzrə heç kimdən asılı deyilik, iqtisadi sahədə ən qabaqcıl yerlərdəyik” deyən dövlətimizin başçısı bundan sonrakı hədəfləri də açıqladı: “Müstəqilliyimizin möhkəmləndirilməsi işində bundan sonra da fəaliyyət göstəriləcəkdir. Bu, əbədi prosesdir. Müstəqillik deyəndə təbii ki, mən real müstəqilliyi nəzərdə tuturam”.

Bu çıxışdan sonra, eyni zamanda, partiyanın növbəti üç ay ərzində proqramının hazırlanması və bu məsələlərin proqramda öz əksini tapması Prezident tərəfindən qarşıya tapşırıq kimi qoyuldu. Partiyanın yeni seçilən İdarə Heyəti partiya resurslarının daha da artmasına, qarşıya qoyulan hədəflərə nail olmaq üçün partiyada dinamizmin, funksionallığın daha da yüksəlməsinə çalışmaqdadır.

Ölkəmizdə bütün sahələrdə əldə olunan uğurlar YAP-ın yeni proqramının hazırlanmasını şərtləndirən mühüm amillərdəndir. Dövlətimizin başçısının çıxışında qarşıya qoyduğu vəzifələr rəhbər tutularaq və ölkəmizin dayanıqlı sosial-iqtisadi inkişafı, Azərbaycanın xarici siyasət sahəsində strateji maraqları, Dördüncü Sənaye İnqilabının ictimai həyata təsirləri və Vətən müharibəsində möhtəşəm Qələbənin yaratdığı reallıqlar nəzərə alınaraq, partiyanın “Biz birlikdə güclüyük!” devizi altında yeni proqramı işlənib hazırlandı və 2021-ci il dekabrın 29-da təsdiqləndi.

Qəbul olunmuş proqram bir daha göstərir ki, Yeni Azərbaycan Partiyasının rəhbərliyi milli maraqları daim təhlil edir, vətəndaşların daha yaxşı və təhlükəsiz yaşaması məqsədilə dünyada baş verən ən son yenilikləri araşdırır, bundan irəli gələn çağırışlara cavab vermək üçün partiyanın yenilənməsi və onun qarşısında duran məqsədlərə çatmaq naminə yeni resursların tapılması istiqamətində fəaliyyət göstərir.

Bu, kifayət qədər təqdirəlayiq haldır. Dövlətimizin başçısının dediyi kimi, biz böyük tarixi uğurlar əldə etmişik, eyni zamanda, bundan sonra hansı nailiyyətlər qazanacağımız barədə düşünməliyik. Təbii ki, burada bizim ən böyük rəqibimiz zamandır. Çünki zaman sürətlə keçir, dövr sürətlə dəyişir. Belə bir zamanda ölkəmiz qarşısında da çox mühüm çağırışlar var. Tarix göstərir ki, indiki dövrdə zamanla ayaqlaşmasaq, gələcəkdə bir çox məsələdə geridə qala bilərik. Aparıcı partiya kimi bu barədə düşünmək bizim vəzifə borcumuzdur, bu, eyni zamanda, bir missiyadır. Dövlətimizin başçısının verdiyi tapşırıqların bir çoxu həm də bu missiya ilə bağlıdır.

Partiyanın proqramında əsas hədəflərdən biri “Güclü iqtisadiyyat və davamlı inkişaf”dır. Qlobal rəqabətin və qeyri-müəyyənliyin artdığı bir dövrdə Azərbaycan davamlı və dayanıqlı iqtisadi inkişaf yolu ilə irəliləyir. İqtisadiyyatın müxtəlif sahələrini əhatə edən islahatların həyata keçirilməsi nəticəsində əsas makroiqtisadi göstərici olan ümumi daxili məhsulun həcmi ildən-ilə artır. 2020-ci ildə qlobal pandemiyanın iqtisadiyyata və əhaliyə minimum təsirinə nail olan iqtisadiyyatımızda 2021-ci ildə artıq 5,6 faizlik artım müşahidə edilib.

Uğurlu neft strategiyasının həyata keçirilməsi nəticəsində əldə olunmuş nailiyyətlər və qeyri-neft sektorunun inkişafı, işsizliyin, yoxsulluğun səviyyəsinin aşağı salınması istiqamətində görülən işlər əhalinin sosial rifahını yüksəldir. Eyni zamanda, iqtisadi islahatlar nəticəsində əldə olunan əlavə gəlirlər dövlət büdcəsi vasitəsilə əhalinin sosial müdafiəsinin gücləndirilməsinə yönəldilir.

2004-cü ildən başlayaraq regionların sosial-iqtisadi inkişafını nəzərdə tutan çoxsaylı dövlət proqramlarının həyata keçirilməsi nəticəsində regionların infrastruktur təminatı yaxşılaşır, sahibkarlığın inkişafına təkan verilir, əhalinin məşğulluq səviyyəsi yüksəlir. Əlverişli biznes mühitinin yaradılması Azərbaycana xarici investisiya qoyuluşunu sürətləndirir. Haqsız rəqabətlə mübarizə, şəffaflıq prosesinin sürətlənməsi sahibkarlar tərəfindən təqdir olunur.

Azərbaycanda sənaye park və məhəllələrin, texnoparkların yaradılması, istehsal sahələrinin genişləndirilməsi qeyri-neft sektorunun inkişafına mühüm təkan verir. Azərbaycan iqtisadiyyatının neftdən və xarici kapitaldan asılılığının kəskin şəkildə azalması ümumi daxili məhsulda qeyri-neft sektorunun həcmini artırır. İqtisadi inkişafın əsas hərəkətverici qüvvəsinə çevrilən qeyri-neft sektoru getdikcə öz payını artıraraq ümumi daxili məhsulun 70 faizinə çatmaqdadır.

Ölkəmizdə sosial-iqtisadi islahatların uğurla aparılması dünyanın bir çox nüfuzlu iqtisadi-maliyyə mərkəzlərinin hesabatlarında da öz əksini tapır. Dünya Bankı, Beynəlxalq Valyuta Fondu, Dünya İqtisadi Forumu, “Moodys”, “Fitch Raitings”, “Standard and Poors” kimi qurumlar Azərbaycanı dünya reytinq siyahılarında qabaqcıl yer tutan ölkə kimi tanıyırlar.

Azərbaycanın təşəbbüsü ilə irəli sürülmüş nəhəng enerji-nəqliyyat layihələri uğurla həyata keçirilir. 2006-cı ildə Bakı-Tbilisi-Ceyhan əsas ixrac neft kəməri, 2007-ci ildə isə Bakı-Tbilisi-Ərzurum qaz kəməri istifadəyə verilib. 2017-ci ildə Bakı-Tbilisi-Qars dəmir yolu xətti istismara verilib. 2020-ci ildə isə Cənub Qaz Dəhlizi layihəsi fəaliyyətə başlayıb, artıq Azərbaycan qazı Avropaya ixrac edilməkdədir.

Ətraf mühitin qorunması və ekoloji tarazlığın təmin edilməsi sahəsində məqsədyönlü dövlət siyasəti həyata keçirilir. Bu sahədə qazanılan uğurlar nəticəsində ölkəmizin ekoloji təhlükəsizliyi təmin edilir, ətraf mühitə zərərli təsirlərin qarşısını almaq üçün səmərəli mexanizmlər tətbiq olunur.

Əldə edilmiş nəticələri mühüm uğur kimi qiymətləndirən YAP iqtisadiyyatımızın sürətli inkişafı və inklüziv artıma nail olmaq naminə aşağıdakı istiqamətlər üzrə hədəflər müəyyənləşdirib.

1. Makroiqtisadi sabitlik və yüksək iqtisadi artım;

2. Uğurlu neft strategiyası və qeyri-neft sektorunun inkişafı;

3. Daxili və xarici təsirlərə dayanıqlılıq;

4. Nəqliyyat infrastrukturunun təkmilləşdirilməsi;

5. Ətraf mühit və ekoloji tarazlıq;

6. Biomüxtəlifliyin təmin edilməsi, yanacaq-enerji kompleksinin ətraf mühitə mənfi təsirinin qarşısının alınması.

Bu hədəflər iqtisadi müstəqilliyimizin təmin edilməsi, insanların maddi rifah halının daim yaxşılaşdırılması, böhran hallarında iqtisadi və sosial dayanıqlılığın qorunması, ölkənin təhlükəsizliyinin qorunması, milli-mədəni inkişafın təmin edilməsi, sosial məsələlərin həllinə maliyyə imkanlarının yaradılması üçün vacib istiqamətlərdir.

Yeni Azərbaycan Partiyası müasir iqtisadiyyatın inkişafının əsasında bilik-texnologiyalar-əmək-kapital münasibətlərinin həlledici olduğunu nəzərə alaraq ölkə iqtisadiyyatına birbaşa xarici investisiyalar, o cümlədən infrastruktur sahələrinə strateji sərmayəçilərin cəlb edilməsini vacib sayır. Eyni zamanda, milli maraqların qorunması və xarici sərmayəçilər üçün rəqabət mühitinin yaradılması ilə investisiyaların səmərəli tənzimlənməsinin diqqət mərkəzində olmasını vacib sayır.

İqtisadi inkişafın bütün sahələrini və ona dəstək olacaq ekomühitin yaradılmasını əhatə edən bu hədəflər ölkəmizin daim müstəqil və güclü olmasının təmin edilməsinə xidmət göstərəcək.

Bütün bu hədəflərlə yanaşı, partiya qarşısında həm də qlobal çağırışlara cavab vermək kimi mühüm vəzifələr durur. Bəşəriyyətin qədəm qoyduğu 4-cü sənaye inqilabı bütövlükdə insan münasibətlərini dəyişir. Təkcə partiyaların yox, insanlar arasında da geniş ünsiyyətin qurulmasının tarixinə baxsaq görərik ki, kollektiv iştirak dəyərləri paylaşmağı, faydalı informasiyanın daha çox insanlar arasında yayılmasını təmin edən alət olmuşdur. Amma internet artıq bu sahədə ən güclü alət olmağa başlayıb. Bu gün nəinki Azərbaycanda, bütün dünyada siyasi partiyalar qarşısında bu çağırış durur. Biz bu reallığı daha çox araşdırmalı, qəbul etməli, onun üstün və mənfi cəhətlərini bilməliyik, bu aləti öz işimizdə daha çox istifadə etməyi bacarmalıyıq. Digər tərəfdən isə insanların hansı informasiyaların düzgün, hansıların isə yalan olduğunu seçmək qabiliyyətlərini artırmalıyıq. Bu, eyni zamanda, dövlətin qarşısında duran çox mühüm vəzifədir.

Partiyanın qəbul etdiyi yeni proqram siyasi ardıcıllığın bariz nümunəsidir. Partiyada nəsillərarası əməkdaşlıq təcrübəsindən istifadə etmək, eyni zamanda, yeni gənc qüvvələr vasitəsilə bu təcrübənin yeni metodlarla və dəyərlərlə yayılmasını təmin etmək istiqamətində atılan addımlar müəyyən edilən hədəflərə çatmağa dəstək olacaqdır. Bu gün ideyaların, dəyərlərin yayılmasında ən yeni metod olan rəqəmsal vasitələri daha çox qavramaq, bundan daha çox istifadə etmək, eyni zamanda, ən önəmli məsələlərdən biri yeni məzmun və yeni gündəliyin yaradılması qarşımızda duran əsas çağırışlardandır. Bu gün YAP qeyd etdiyimiz məsələlərə nail olmaqla Azərbaycanda daim müasir texnologiyalardan istifadə edə bilən, eyni zamanda, bu texnologiyalar vasitəsilə yeni gündəlik yarada bilən, yeni ideyalar və dəyərlər yayan bir partiya olmağı qarşısına hədəf qoyub və buna ardıcıl olaraq nail olmaqdadır. Bu, həmçinin partiyanın ənənəvi funksiyalarından bəhrələnmək və yeni çağırışlara cavab verməklə siyasi səhnədə gənc və orta nəsildən olan şəxslərin siyasi cəhətdən daha da püxtələşməsi, onların yüksək davranış nümayiş etdirməsi kimi bir vəzifəni qarşıya qoymaqdır ki, bu da indiki dövrdə çox mütərəqqi bir vəzifədir.

Əminəm ki, qəbul edilmiş proqramda müəyyən edilmiş hədəflərə nail olmaqla biz Prezident, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyevin rəhbərliyi ilə ulu öndər Heydər Əliyevin “gələcəyin partiyası olmaq” missiyasını əzmlə davam etdirəcəyik.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Rusiya XİN Bakı və İrəvan arasında sülh müqaviləsinin razılaşdırılmasının zəruri olduğunu bildirib

Bolat Nurqaliyev: Sülh prosesi başlayandan sonra Azərbaycan dünya səviyyəsində əhəmiyyətli dərəcədə yüksəlib

Rusiya Prezidenti son 12 ildə BAM-ın gücünün üç dəfə artdığını açıqlayıb

Milli Məclisin növbəti plenar iclasında 18 məsələ müzakirə olunub

Ombudsman britaniyalı müəllifin təşəbbüsü ilə hazırlanan kitab üçün müsahibə verib

İmişlidə “Mercedes” marketə çırpılıb, yeniyetmə son anda qəzadan xilas olub: anbaan görüntülər VİDEO

AMB sədrinin rəhbərliyi ilə Azərbaycanın Bankçılıq Missiyası ABŞ-da işgüzar səfərdədir

Xankəndi şəhərində tapdığı silah-sursatları polisə təhvil verməyən şəxs saxlanılıb

"Azərreyl"in kapitanı: Xoşbəxtəm ki, əziyyətimizin bəhrəsini gördük

Azərbaycan Prezidentinin Rusiya səfəri iki ölkə arasında əməkdaşlıq baxımından tarixi önəm daşıyır ŞƏRH

Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin hesabat yığıncağı keçirilib

Azərbaycan Afrika və Yaxın Şərqin ən böyük kənd təsərrüfatı sərgilərindən birində təmsil olunur

SOCAR-ın prezidenti Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının ölkəmizdəki səfiri ilə görüşüb

Azərbaycan və İspaniya iqtisadi-ticarət əlaqələrinin inkişaf etdirilməsini müzakirə edib

Portuqaliyalı ekspert: Azərbaycanda keçiriləcək COP29 iqlim dəyişikliyi ilə bağlı qlobal problemlərin həlli üçün daha səmərəli olacaq VİDEO

® “Rabitəbank”dan Ümumdünya Kitab Günündə Ağdam kənd məktəbinə dəstək

Azərbaycan-Əlcəzair əlaqələrinin daha da inkişaf etdirilməsi imkanları müzakirə olunub

Pekində “Azərbaycanda investisiya və ticarətin təşviqi” konfransı keçirilib VİDEO

Prezident: Bəzi ölkələr Azərbaycana qarşı soyuq müharibəyə başlayıblar

Ombudsman Aparatı uşaq hüquqları ilə bağlı təlim təşkil edib

Avstriyalı ekspert: Prezident İlham Əliyevlə görüşümüz çox maraqlı və faydalı oldu

“Laçın” dövlət sərhədindən buraxılış məntəqəsinin qurulmasının ildönümü münasibətilə silsilə tədbirlər keçirilib

MSN-in istehsal etdiyi silahlar Vətən müharibəsində və antiterror tədbirlərində düşmənə gücünü döyüş şəraitində göstərib

Ceyms Şarp: COP29-a ev sahibliyi etmək Azərbaycan üçün geniş imkanlar yaradacaq

Qarabağ Regional DOST Mərkəzində 300-dək şəxsə reabilitasiya xidmətləri göstərilib

Alman filosofu İmmanuel Kantın 300 illiyinə həsr olunmuş ümuminstitut seminarı keçirilib

Ceyhun Bayramov Çexiyanın “CEVRO” İnstitutunda ölkəmizin xarici siyasət prioritetlərindən danışıb

Voleybol üzrə Azərbaycan çempionatlarının qalibləri mükafatlandırılıb

Peşə təhsil müəssisələrinin məzun və tələbələri "Casa Culinary Cup 2024" yarışmasında qalib olublar

Qazaxıstanlı doktorantlar Neft və Qaz İnstitutunda təcrübə keçiblər

Prezident İlham Əliyevin Norveç Baş nazirinə ünvanladığı COP29-a dəvət məktubu səfirə təqdim edilib

Prezident İlham Əliyev Azərbaycanın uğurlarının səbəbini açıqlayıb

Qarşılıqlı anlaşma və möhkəm təmələ əsaslanan Azərbaycan-Rusiya münasibətləri ŞƏRH

Azərbaycan ilə Qırğızıstan arasında mədəniyyət sahəsində əməkdaşlığın genişləndirilməsi üçün münbit zəmin mövcuddur

Tədqiqat bəzi meşələrin iqlim dəyişikliyinə müqavimətdə mühüm rolunu üzə çıxarıb

BDU-nun tələbə və əməkdaşları Gənclər Fondunun qrant müsabiqəsinin qalibi olublar

“Hibrid enerji sistemləri və onların gələcək perspektivləri” - elmi seminar

ABŞ Konqresi üzvlərindən ibarət nümayəndə heyəti ölkəmizdə mövcud mina problemi barədə məlumatlandırılıb

AzTU-da Azərbaycan Kibertəhlükəsizlik Mərkəzinin IV dalğası barədə infosessiya keçirilib

Prezident: Quru sərhədlərin bağlı qalmasından sonra Azərbaycanda təhlükəsizliyin gücləndiyini görürük

® “PAŞA Holding” üçün taksi biznesində növbəti mərhələ

Qarbi Abdelbaset: QH çərçivəsində əlaqələr Əlcəzair-Azərbaycan münasibətlərin inkişafına imkan yaradıb

“Azərreyl”in qadın komandası da Azərbaycan çempionu olub

Prezident İlham Əliyev: Biz qonşularla yaxşı və bəzi hallarda əla münasibətlər qura bilmişik

Baş prokuror paytaxtın Sabunçu rayonunda vətəndaşları qəbul edib

ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forum keçirilib
Prezident İlham Əliyev forumda iştirak edib YENİLƏNİB VİDEO

“Reuters”: İlon Maskın “SpaceX” şirkətində xəsarət alan işçilərin sayı artır

Türkiyə millisinin futbolçusu Fransada üçüncü dəfə qarət olunub

Magistraturaya ikinci cəhd qəbul imtahanı keçiriləcək

Çexiya cəmiyyəti avroya keçməyə hazırdır?

Nərimanov rayonunda məktəblilərə narkotiklərin zərərli təsiri barədə məlumat verilib

Beynəlxalq ekspert: Azərbaycanın yaşıl enerji keçidində liderliyi beynəlxalq əməkdaşlıq üçün strateji imkandır – MÜSAHİBƏ

Yağış Şamaxıda bəzi fəsadlar törədib VİDEO

Ümumdünya Kitab və Müəlliflik Hüququ Gününə həsr olunmuş elmi seminar

® Balaxanı Əməliyyat Şirkəti ərazilərində ağacəkmə işləri həyata keçirilir

Əqli Mülkiyyət Agentliyinin və Qərbi Azərbaycan İcmasının birgə təşkilatçılığı ilə konfrans keçirilib - YENİLƏNİB-2 VİDEO

Kənd təsərrüfatı nazirinin müavini Qusarda vətəndaşları qəbul edib, fermerlərlə görüşüb

Əlcəzair parlamentarisi: Azərbaycanla əməkdaşlıq üçün geniş imkanlar mövcuddur

Şəkidə ağacəkmə aksiyası keçirilib

Azərbaycan Prezidenti: Azərbaycanda ciddi və ya potensial qaydada yarana biləcək hər hansı risk yoxdur

BAM-ın ərsəyə gəlməsində Heydər Əliyevin bənzərsiz xidmətləri ŞƏRH

Azərbaycan Prezidenti: Biz özümüzü həm Avropada, həm də dünyanın Şərq hissəsində rahat hiss edirik

Ədəbiyyat İnstitutunda Abdulla Şaiqin “Türk çələngi” kitabı təqdim edilib

Xankəndi şəhərindəki tibb müəssisəsində ilk körpə dünyaya gəlib

Prezident: Cənubi Qafqazda ayırıcı xətlər çəkmək üçün bəzi cəhdlər göstərilir

Debora Zakuto: Fikrimcə Aida Mahmudovanın əsərlərindəki rəng ahəngi təbiətin onun həyatındakı rolunu göstərir

AzMİU-da “İnformasiya texnologiyaları və onların tətbiqi” adlı II beynəlxalq konfrans keçirilib

Fırat Arapoğlu: Aida Mahmudovanın ən böyük uğurlarından biri də bəşəri ziddiyyətləri əsərlərində təsvir edə bilməsidir

Küveyt Dövləti Azərbaycanla Ermənistan arasında razılaşmanı alqışlayır

Bakıda Türkiyənin Milli suverenlik və uşaq bayramı münasibətilə tədbir təşkil olunub

Prezident İlham Əliyev: Türkiyə-Azərbaycan birliyi regional təhlükəsizliyin və sabitliyin mühüm meyarıdır

İdman zalının kassasını talayaraq 12 min manat məbləğində pul oğurlayan mühafizəçi saxlanılıb

Azərbaycan Prezidenti: Hazırda neft və qaz ümumi daxili məhsulumuzun yarıdan az hissəsini təşkil edir

Azərbaycanın aparıcı musiqiçiləri Peterburq filarmoniyasında çıxış edəcəklər

Cari ilin birinci rübündə dövlət əmlakının icarəyə verilməsindən büdcəyə daxilolmalar artıb

Cibuti sahillərində miqrant qayığının batması nəticəsində 16 nəfər ölüb

BDU-nun şahmat komandasının uğuru

Alimlər heyvanlarda şüuru tanıyan bəyannamə imzalayıblar

Yeni inşa olunmuş yaşayış binası xidməti istifadəyə verilib

Prezident: Ermənistan dırnaqarası “Dağlıq Qarabağ”ın sülh sazişində olmamasına razılaşıb

Xalq yazıçısı Anar məktəblilərlə görüşündə mütaliənin əhəmiyyətindən danışıb

MEDİA-da Özbəkistan Jurnalistlər İttifaqının nümayəndə heyəti ilə görüş olub

Latviya məktəblərində rus dilinin tədrisi dayandırılacaq

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 29 dekabr tarixli 620 nömrəli Qərarı ilə təsdiq edilmiş “Sığorta ödənişinin verilməsi Qaydası”nda dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Küçə mühitindəki uşaqlarla bağlı layihəyə cəlb olunmuş sosial işçilər üçün təlimlər keçirilib

“Cinayət prosesini həyata keçirən orqana çağırış vərəqələrinin formaları”nın təsdiq edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

“Cinayət mühakimə icraatında prosessual sənədin verilməsi barədə qəbzlərin formaları”nın təsdiq edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Coğrafiyaçı alimlər məktəblilərlə görüşüb

Alimlər məktəblilərə narkomaniyanın fəsadlarından danışıblar

Türkiyə Prezidenti müxtəlif ölkələrdən Ankaraya gələn uşaqlarla görüşüb

Prezident: Fransa, Hindistan və Yunanıstan Ermənistanı bizə qarşı silahlandırır, biz gözləyə bilmərik

® “Nar” Füzulidə yerləşən məktəbə yeni kitablar hədiyyə edib

Azərbaycan Prezidenti: Neft və qaz gəlirləri işsizlik və yoxsulluq məsələlərinin həlli üçün istifadə edilib

Füzuliyə köçənlərə ödənişsiz danışıq sim-kartları hədiyyə edilib

Azərbaycan taekvondoçusu: Ümid edirəm ki, Paris Olimpiadasında medallarımızın sayı Tokiodakından çox olacaq

Bakının daha bir prospektində velosiped yolu salınır

Azərbaycan Prezidenti: Gənc nəslin təhsili əsas prioritetlərimizdən biridir

BMU-da IELTS imtahanına təşviqlə bağlı üçtərəfli müqavilə imzalanıb

Birinci rübdə neft-qaz sektoru üzrə dövlət büdcəsinə daxilolmalar proqnozu 5 faiz ötüb

Britaniya Ukraynaya ən böyük hərbi yardım paketini elan edəcək