SİYASƏT


Tahir Mirkişili: Son 18 ildə Azərbaycanda dayanıqlı əsaslara söykənən güclü birlik yaranıb

Bakı, 29 yanvar, AZƏRTAC

Son 18 ildə Azərbaycanda dörd mühüm nəticəyə nail olunub və ilk növbədə, dayanıqlı əsaslara söykənən güclü birlik yaranıb. Bu, həm xalq-iqtidar birliyidir, eyni zamanda, müxtəlif millətlərin və dinlərin birliyidir.

Azərbaycanda belə bir birliyin əldə olunması çox böyük uğurdur. Yeni Azərbaycan Partiyasının VII qurultayında 6 siyasi partiyanın YAP-a qoşulması da sözsüz ki, bu birliyin, həmrəyliyin nümunəsidir.

AZƏRTAC xəbər verir ki, bu fikirlər Yeni Azərbaycan Partiyası İdarə Heyətinin üzvü, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişilinin “YAP-ın yeni proqramında iqtisadi hədəflər” sərlövhəli məqaləsində yer alıb.

T.Mirkişili qeyd edib ki, ikinci mühüm nəticə iqtisadiyyatda əldə edilmiş uğurlarla bağlıdır. Azərbaycanın əldə etdiyi ən böyük üçüncü nəticə beynəlxalq nüfuzunun artması, dördüncü nəticə isə uzun illər xalqımızın vahid bir amal uğrunda - ərazilərinin azad olunması istiqamətində apardığı mübarizədən tam qalib çıxmasıdır.

Bildirilib ki, bu 4 istiqamətdə əldə edilən mühüm nəticələr həm də Yeni Azərbaycan Partiyasının rəhbəri kimi Prezident İlham Əliyevin, eyni zamanda, bu amallara xidmət edən hər bir azərbaycanlının əməyinin bəhrəsidir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.