MƏDƏNİYYƏT


Tahir Tahiroviç: “Fulya” filmi Qarabağda həlak olan hərbi jurnalistlərimizə ithaf olunub

Bakı, 21 iyun, Xəyalə Cəfərova, AZƏRTAC

“Fulya” filmi Qarabağda peşə borcunu yerinə yetirərkən həlak olan hərbi jurnalistlərimizə ithaf olunub.

Bu sözləri AZƏRTAC-a müsahibəsində “Fulya” filimin ssenari müəllifi və rejissoru Tahir Tahiroviç deyib.

Rejissor bildirib ki, Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasının qısametrajlı bədii, sənədli və animasiya film layihələri müsabiqəsində bu ssenarinin qalib gəlməsi onu çox sevindirib: “Ssenari yazdıq və müsabiqəyə göndərdik. Müsabiqədə qalib gələn layihələrdən biri də “Fulya” oldu. Biz burada Fulyanın şəxsi həyatını yox, onun 44 günlük müharibədə yaşadıqlarını bədiiləşdirdik”.

Tahir Tahiroviç vurğulayıb ki, bu ssenarini yazmasında Fulyanın qadın olmasına baxmayaraq qorxmazlığı, cəsarəti və Azərbaycan xalqının rəğbətini, sevgisini qazanması böyük rol oynayıb. “Simvol olaraq Fulyanı götürsək də, bu filmdə Çingiz Mustafayev, Salatın Əsgərovanın timsalında Qarabağ savaşında vətən torpağının azadlığı uğrunda canlarından keçərək şəhadətə ucalan jurnalistlərimizin adları qeyd olunacaq”.

Qeyd edək ki, çəkilişləri payız mövsümündə başa çatacaq “Fulya”nın qala gecəsinin mədəniyyət beşiyimiz olan Şuşa şəhərində keçirilməsi nəzərdə tutulur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.