DÜNYA


Tailand parlamenti yeni ildən iclas keçirməyə yer tapmayacaq

Bakı, 6 dekabr, AZƏRTAC

Tailandın Milli Qanunverici Assambleyası (parlament) Yeni il bayramı ərəfəsində Banqkokun tarixi mərkəzində yerləşən parlament binaları kompleksini tərk etməlidir.

AZƏRTAC xəbər verir ki, “Khao Sot” qəzetinin yaydığı məlumata görə, icarə müddəti bitdiyi üçün 1974-cü ildən parlamentin ixtiyarında olan kompleksin yerləşdiyi ərazi Kral mülkiyyəti bürosuna geri qaytarılır. Tailandın ali qanunvericilik orqanı üçün yeni bina isə hələ istifadəyə verilməyib.

2014-cü ildə baş verən hərbi çevrilişdən sonra fəaliyyət göstərən Milli Qanunverici Assambleya - seçilməyən müvəqqəti parlament sessiya keçirmək üçün yanvar ayından başqa bina icarəyə götürməlidir. Parlament üçün yeni kompleksin tikintisi isə yalnız 2019-cu ilin iyun ayında başa çatacaq.

Qeyd edək ki, Tailandda 2011-ci ildən bəri ilk ümumi parlament seçkiləri 2019-cu ilin fevralında keçiriləcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.