DÜNYA


Tailand şahzadəsinin Baş nazir postuna namizədliyi irəli sürülüb

Bakı, 8 fevral, AZƏRTAC

Tailandın müxalif “Txai Raksa Çaat” partiyası ölkənin Baş naziri postuna kral Mahi Vaçiralonqkornanın bacısı – 67 yaşlı şahzadə Ubola Ratananın namizədliyini irəli sürüb.

AZƏRTAC Associated Press informasiya agentliyinə istinadla xəbər verir ki, bu qərar Tailandda bərqərar olan ənənəni radikal şəkildə dəyişir. Belə ki, ənənəyə görə, kral sarayının nümayəndələri aktiv siyasi fəaliyyət göstərmirlər.

Tailandda parlament seçkiləri 2019-cu il martın 24-nə planlaşdırılır.

Qeyd edək ki, “Txai Raksa Çaat” partiyası ölkənin sabiq Baş naziri Taksin Çinavata loyal münasibət bəsləyir. Buna görə də seçkilərdə əsas mübarizənin Çinavat və krallığın hərbi elitasını dəstəkləyən populistlər arasında gedəcəyi gözlənilir.

Ölkədə hərbi çevrilişə rəhbərlik edən sabiq hərbçi Parayut Çan-Oça da Tailandın Baş naziri postuna namizədliyini irəli sürəcəyini bildirib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.