DÜNYA


Tailand xarici turistlərə ölkədə qalma müddətini uzatmağa icazə verəcək

Bakı, 19 avqust, AZƏRTAC

Tailandın hakimiyyət orqanları turizmdən gəlirləri artırmaq üçün oktyabr ayından martadək xarici turistlərə ölkədə qalma müddətini uzatmaq icazəsi verəcək.

AZƏRTAC xəbər verir ki, bu barədə Bangkok Post qəzeti koronavirusla bağlı vəziyyətə nəzarət mərkəzinin (CCSA) nümayəndəsinə istinadla məlumat yayıb.

“Gəliş üçün vizadan istifadə edən və ölkədə 30 günədək qalmaq hüququna malik olan 50-dən çox ölkənin vətəndaşları həmin müddəti 45 günədək uzada biləcəklər. Daha 18 ölkədən vizasız gəlməyə icazə verilən turistlər isə Tailandda qalma müddətini iki dəfə - 15 gündən 30 günədək artıra biləcək. Bundan əlavə, oktyabr ayından Hindistan, Çin və Səudiyyə Ərəbistanı vətəndaşlarına da gəliş üçün viza veriləcək”, - deyə mərkəzin nümayəndəsi bildirib.

Ölkə hakimiyyəti ümid edir ki, xarici turist axınının artması koronavirus pandemiyasından zərər çəkən Tailand iqtisadiyyatının bərpasına gömək edəcək. Bu gün Tailand Cənubi-Asiyada artım tempi ən aşağı olan ölkələrdən biridir. Yanvar-iyul aylarında ölkəyə əksəriyyəti Malayziya, Hindistan və Sinqapur vətəndaşları olan 3,78 milyon xarici turist gəlib.

Pandemiyadan əvvəlki 2019-cu ildə Tailanda 10 milyon xarici turist səfər etmişdi. 2021-ci ildə isə onların miqdarı cəmi 428 min nəfər olmuşdu.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.