DÜNYA


Tailandda 2011-ci ildən bəri ilk dəfə parlament seçkiləri keçirilir

Bakı, 24 mart, AZƏRTAC

Tailandda 2011-ci ildən bəri ilk dəfə ümumi parlament seçkiləri ilə əlaqədar səsvermə keçirilir.

AZƏRTAC Tailand KİV-lərinə istinadla xəbər verir ki, yerli vaxtla səhər 8:00-da səsvermə başlayıb. Təxminən 51 milyon seçici saat 17:00-dək davam edəcək məntəqələrdə səs verə biləcək.

Ölkədə 2011-ci ildə keçirilən sonuncu ümumi parlament seçkiləri nəticəsində Tailand tarixində ilk qadın Baş nazir Yinqlak Çinavatın başçılıq etdiyi hökumət hakimiyyətə gəlib. 2014-cü ildə kütləvi etiraz aksiyaları və küçə iğtişaşları fonunda quru qoşunlarının komandanı general Prayut Çan-Oça milli barışıq şüarı ilə ölkədə hərbi çevriliş edib və qanunvericilik səlahiyyətlərinə malik hərbi hökumətin başına keçib. Konstitusiya ləğv olunub və onun əvəzində müvəqqəti əsas qanun işə salınıb. Daha sonra isə təyin olunan deputatlardan ibarət müvəqqəti parlament və Nazirlər Kabineti yaradılıb. Həmçinin ölkədə bütün növ siyasi fəaliyyətə qadağa qoyulmuşdu.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.