DÜNYA


Tailandda partlayış nəticəsində dörd hərbçi həlak olub

Bakı, 22 sentyabr, AZƏRTAC

Sentyabrın 22-də Tailandın cənubunda yerləşən Pattani əyalətində baş verən partlayış nəticəsində 4 hərbçi həlak olub, 6 nəfər isə yaralanıb. İlkin məlumata əsasən, yaralananların 5-i hərbçi, biri isə mülki şəxsdir.

AZƏRTAC TASS informasiya agentliyinə istinadla xəbər verir ki, bunu jurnalistlərə hərbi komandanlığın nümayəndəsi Pramote Prom-in bildirib. Onun sözlərinə görə, güclü əldəqayırma partlayıcı qurğu əyalət şoselərinin birinin yaxınlığında drenaj borusuna yerləşdirilib və ərazidən patrul avtomobili keçən zaman işə düşüb. Partlayışın təsirindən avtomobil iki hissəyə bölünüb.

Hücumun arxasında regionda fəaliyyət göstərən separatçıların olduğu güman edilir.

Tailandın əsasən müsəlmanlar yaşayan cənub bölgələrində artıq 11 ildən çoxdur ki, toqquşmalar davam edir. Silahlı qarşıdurma indiyədək təxminən 6,5 min nəfərin həyatına son qoyub. Separatçılar Yala, Pattani və Naratxivat əyalətlərinin müstəqilliyinə çalışır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.