DÜNYA


Tailandda qatarın mikroavtobusla toqquşması nəticəsində 6 nəfər həlak olub

Bakı, 12 aprel, AZƏRTAC

Tailandın Lopburi əyalətində dəmir yolu keçidində sərnişin qatarının mikroavtobusla toqquşması nəticəsində azı 6 nəfər həlak olub, 9 nəfər isə müxtəlif dərəcəli xəsarətlər alıb. Yaralılardan bəzilərinin vəziyyəti ağırdır.

AZƏRTAC “Bangkok Post” qəzetinə istinadla xəbər verir ki, insident aprelin 12-də səhər saatlarında qeydə alınıb. Mikroavtobus məlum olmayan səbəblərdən baryeri keçərək yüksək sürətlə hərəkət edən Nonqkhay-Banqkok qatarının qarşısına çıxıb. Maşinist əyləci bassa da, qatarı saxlaya bilməyib. Toqquşma nəticəsində 15 nəfəri daşıyan mikroavtobus beton baryerə çırpılıb.

Mikroavtobusun 4 sərnişini hadisə yerində, 2 nəfər isə xəstəxanada ölüb.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.