DÜNYA
Tailandda uşaq baxım mərkəzinə hücum nəticəsində 34 nəfər öldürülüb
Pekin, 6 oktyabr, AZƏRTAC
Tailandda uşaq baxım mərkəzinə silahlı hücum nəticəsində ən azı 34 nəfər, o cümlədən 22 uşaq öldürülüb.
AZƏRTAC Tailand mediasına istinadla xəbər verir ki, hadisə ölkənin şimalındakı Nongbualamphu vilayətində baş verib. Hücumu törədən keçmiş polis əməkdaşı hadisədən sonra özünü də öldürüb. Hələlik hadisənin hansı səbəbdən törədildiyi bilinmir. Polis təhqiqat aparır.
Yerli medianın məlumatına əsasən, Tailandın sözügedən vilayətində qanunsuz silah saxlanılması geniş yayılsa da, bu cür cinayətlər ölkənin digər bölgələri ilə müqayisədə nadir hallarda baş verir. Tailandda oxşar hadisə 2020-ci ildə əmlak sövdələşməsindən narazı qalan əsgərin 29 nəfəri öldürməsi, 47 nəfəri yaralaması olub.
Şahin Cəfərov
AZƏRTAC-ın xüsusi müxbiri
Pekin
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.03.2024 [17:49]
Rusiya XİN: Ermənistan quru yerdə qala bilər
- 29.03.2024 [17:37]
Harvard Universiteti qədim kitabın cildindən insan dərisini çıxarıb
- 29.03.2024 [17:06]
“Telegram”da yeni funksiyalar olacaq
- 29.03.2024 [17:00]
Rəcəb Tayyib Ərdoğan may ayında Vaşinqtona səfər edəcək
- 29.03.2024 [16:51]
Türkiyədə bələdiyyə seçkilərinə hazırlıq başa çatıb
- 29.03.2024 [16:03]
Almaniyada kimlər daha çox pensiya alır?
- 29.03.2024 [15:54]
Pasxa ərəfəsində Fransada təhlükəsizlik tədbirləri gücləndirilir
- 29.03.2024 [15:47]
İsveçrənin hidrogen qatarı rekord vurub
- 29.03.2024 [15:39]