Azərbaycan Dövlət İnformasiya Agentliyi

MƏDƏNİYYƏT

Tailandın inciləri – Samui və Banqkok adaları

Bakı, 1 oktyabr, Emil Eyyubov, AZƏRTAC

Tailandın turizm istiqaməti kimi populyarlığının əsas amillərindən biri onun qeyri-adi təbiətidir. Burada dağlar da var, həmişəyaşıl meşələr də var və əlbəttə, dəniz də var. Turistlərin daha çox getdikləri yerlər arasında Siam körfəzində yerləşən 42 adadan ibarət Anqtxonq dəniz parkı xüsusi yer tutur. Bu, həm çimərlik istirahəti, həm də kayakinq üçün əla yerdir. Lakin siz Samui adasından uzaqlaşmağa ərinirsinizsə, onda fillərin saxlandığı fermaya gedib, orada yerli faunanın ən nəhəng nümayəndələrini görə bilərsiniz.

Gəlin, bütün bunlar barədə bir-bir danışaq!

Fili necə çimdirməli

Fillərin Tailandda xüsusi yeri var. İndiyə qədər onlardan müxtəlif tikinti işlərində, meşə sənayesində ağır yüklərin daşınmasında, habelə turizm sahəsində getdikcə daha çox istifadə edilir. Bununla belə, fillərin hüquqları Konstitusiya ilə qorunur: onlar 14 yaşından 60 yaşınadək işləyə bilər, bundan sonra pensiyaya çıxır, sahiblərinə isə qocalmış heyvanı saxlamaq üçün pul ödənilir. Martın 13-ü isə krallıqda Fil günü kimi qeyd edilir.

Samui adasında fillər xüsusi fermalarda saxlanılır. Bizə onlardan biri olan “Elephant Care Samui”yə getmək nəsib oldu. Ekskursiya zamanı turistlər burada fillər barədə daha çox məlumat öyrənə bilər, onları yedizdirə bilər, onlarla vanna qəbul edə bilər.

Fil fermasına gedərkən elə geyim seçin ki, onun çirklənməsinə və yaş olmasına heyfsilənməyəsiniz. Bundan başqa, buraya gələnlərə geyinmək üçün futbolka bağışlayırlar. Hər şey təlimatçının fillərin qidalanması barədə söhbətindən və fillərin xoşladığı ərzaqları nümayiş etdirməsindən başlanır. Həmin ərzaqlar sırasında nişastalı düyü, banan, balqabaq və s. var. Sonra iştirakçılara düyünü lazımi qatılığa qədər bişirmək, ona banan qatmaq, habelə balqabaq qaynatmaq təklif edilir. Yemək hazır olandan sonra filbanlar filləri gətirir. Qeyd etmək lazımdır ki, Tailandda Hindistan və ya Asiya filləri olur, onlar Afrika fillərindən iki dəfə balacadır və tez əhliləşir. Bizim yanımıza gətirilən fillər banan və balqabağı yaxşıca yedilər və hamı növbə ilə onlarla fotoşəkil çəkdirdi. Fillər aparıldı, su prosedurunda iştirak etmək istəyən ekskursantlara çimərlik geyimində olmaq məsləhət görüldü. Arzu edənlər fermanın ərazisindəki iki kiçik gölə baş vurdular. Sonra oraya filləri gətirdilər və onlar dərhal suya uzandılar. Onları bitkidən hazırlanmış hamam lifi ilə sürtmək olardı. Aşkar görünürdü ki, bu diqqət, elə bütövlükdə su proseduru fillərin ürəyincədir. Heyvan təlimçisinin göstərişi ilə fillər hamısı eyni vaxtda digər böyrü üstə döndülər. Su prosedurundan sonra fillər sahilə çıxdı və xortumlarının köməyi ilə bədənlərinə qum səpməyə başladılar; onlar öz dərilərini parazitlərdən bu cür qoruyurlar.

Elə fermadaca filbanların bambukdan tikilmiş və damı palma yarpaqları ilə örtülmüş komaları yerləşir. Onlar həmin komalarda öz sadə təsərrüfatlarını qurublar. Qadınlar əsasən kokos palma yarpaqlarından zənbil və şlyapa toxuyur və turistlərə satırlar.

Bütün ekskursiya təxminən saatyarım çəkir və insanda müsbət emosiyalar oyadır.

Laquna, kayakinq və dəniz qaraçıları

“Avatar” fantastik filmindən Pandora planetində havada süzən, meşə ilə örtülmüş qayalıqlardan ibarət mənzərəni xatırlayırsınızmı? Tailandın Anqtxonq Milli Dəniz Parkında qarşımızda təxminən bu cür mənzərə canlandı.

Cənubi Çin dənizinin Siam körfəzində 42 adadan ibarət bu arxipelaq Samuidən təqribən 30 kilometr məsafədə yerləşir və oraya sürət qayığında təxminən bir saata çatmaq olar. Bir ekskursiya müddətində dörd adaya baş çəkmək olar, onların əksəriyyəti insanlar tərəfindən məskunlaşmayıb, bəzilərində isə nəzarətçi yaşayır.

Qədəm qoyduğumuz birinci adanın adı Maye Kodur. Bu, dənizlə əhatə olunmuş əsl vəhşi təbiətdir. Ada əhəng daşındandır və dəniz suları ilə o qədər yuyulub ki, sanki havada süzür. Adanın bütün səthi meşələr və qayalıqlarda bitən sukkulent kolları ilə örtülüb.

Adanın ən hündür yerində müşahidə meydançası qurulub. Oraya polad pilləkənlə qalxmaq olar. Yuxarıdan ətrafa və füsunkar laqunaya valehedici mənzərə açılır. Məlumat lövhəsində bildirilir ki, adada dəniz qartalı, hind kərgədan quşu, ağ belli qaratoyuq və digər quş növləri var. Lakin onları görmək üçün adada qrup ekskursiyasına ayrılmış vaxta yarım saat əlavə etmək lazımdır. Hər şeyi çatdırmaq üçün gəmiyə qayıtmaq və növbəti təyinat məntəqəsi Maye Koya getmək lazımdır.

Burada bizi adanın sahil xətti boyunca kayak gəzintisi gözləyirdi. Kayaklar ikinəfərlikdir, adamların biri qabaqda, biri arxada oturur. Kayakın üzməsi üçün avar çəkməyi öyrənmək lazımdır. Bir neçə dəqiqəlik məşq buna kifayət edir. Qayıq dalğaları asanlıqla yarır və vaxtın necə keçdiyini hiss etmirsən.

Üçüncü ada - Ко Paluay Milli Parkda insanların məskunlaşdığı bir neçə adadan biridir. Orada dəniz qaraçıları yaşayır. Onlar balıqçılıq və bağçılıqla məşğul olur, döyüşkən xoruz bəsləyirlər. Yerli restoranda biz dadlı krab və balıq yedik.

Nəhayət, sonuncu ada bizə Siam körfəzinin sularına baş vurmaq imkanı yaratdı. Burada çimmək olduqca xoş idi. Əgər sizə çimərlikdə suya girəndə soyuqdan titrəmək, sahilə çıxanda qızışmaq üçün tez dəsmala bürünmək kimi diskomfort hissləri tanışdırsa, onda siz Tailand çimərliyini qiymətləndirəcəksiniz. Dənizin çox gözəl təravətləndirici suyu və təmiz havası var.

Çavenq, tay boksu və Banqkokun sirləri

Samui adasına qayıtdıqdan sonra biz axşam onun mərkəzi və ən gediş-gəlişli küçəsi Çavenqdə gəzməyi qərara aldıq. Çimərlik boyunca uzanan bu küçədə ən populyar restoran və otellər yerləşib. Küçədə, həmçinin suvenir mağazaları, kafe və masaj salonları çoxdur. Buradan tez-tez səsucaldanı olan avtobuslar keçir ki, onunla tamaşaçıları adanın ən böyük “Petch Bancha” stadionunda keçirilən tay boksunun növbəti oyununa baxmağa dəvət edirlər. Biz tay boksçularının mübarizəsini görmək həvəsindən özümüzü saxlaya bilmədik. Tamaşaçı tutumu 650 nəfərlik olan zal ağzınacan dolu idi. Tamaşaçıların əksəriyyəti turistlər idi, lakin onların arasında öz favoritlərinə baxmağa gələn yerli əhali də var idi. Boksçular rinqdə bir-birini tez-tez əvəzləyir və qaliblər elan edilirdi. Zaldan eşidilən alqış sədalarından aydın olurdu ki, onların sırasında tay boksunun ulduzları da var. Arzu edənlər qaliblərlə fotoşəkil çəkdirə bilərdilər.

Biz həddən artıq səs-küylü zalda çox qala bilmədik və stadiondan çıxaraq Banqkoka uçuşdan əvvəl dincəlmək üçün otelə yola düşdük.

Əgər siz Tailandda adaya gedirsinizsə, onda Banqkokda tranzit etməklə uçacaqsınız. Bizim fikrimizcə, bu şəhərin ab-havasına nüfuz etmək üçün orada heç olmasa bir gün qalmaq lazımdır. Əlbəttə ki, adanın rəvan həyatından sonra Banqkok həddən artıq insanların vurnuxduğu şəhər təsiri bağışlayır. İyirmi milyon əhalisi olan bu şəhər gecə-gündüz uğuldayır. Yüzlərlə maşın şəhərin dar küçələrindən arasıkəsilmədən keçir ki, bu da uzun-uzadı tıxaclar yaradır. Yalnız motosiklet və velosiped sürənlərin kefi kökdür, çünki onlar avtomobillərin arasından asanlıqla keçirlər. Görüş təyin edəndə və ya aeroporta taksi çağıranda yerli qrafikin xüsusiyyətlərini mütləq nəzərə alın: xoşagəlməz tıxacda qalmaqdandırsa, yarım saat tez çıxmaq daha yaxşıdır.

Tailandın ən böyük çayı Çaupxrayanın suları Banqkoku iki hissəyə ayırır. Çayda kater və bərələrdə gəzmək populyar turist əyləncəsidir. Bu gəzinti zamanı şəhərin memarlıq müxtəlifliyini, o cümlədən kasıb məhəllələri və qədimi tikililərlə yanaşı, möhtəşəm göydələnləri müşahidə etmək olar. Onların arasında XVIII əsrdən bəri Tailand kralının iqamətgahı kimi tanınan təmtəraqlı saray seçilir. Bu gün həmin məkandan əsasən rəsmi mərasimlərin, kral toylarının, qəbulların keçirilməsində və digər tədbirlərdə istifadə edilir. Saray ziyarətçilərin üzünə açıqdır və arzu edən kəs oraya ekskursiya edə bilər.

Banqkokun müasir ticarət mərkəzləri sərfəli şopinq üçün çox gözəl imkan yaradır. Meyvələr istisna olmaqla, bütün malların qiyməti, demək olar, cibə uyğundur. Onların qiyməti şəhər supermarketlərində bizə dəyərindən xeyli baha göründü və biz sadə əhalinin getdiyi adi bazara getdik. Mərkəzdə yerləşən “Khlong Toei” Banqkokda ən böyük bazardır. Burada nələr yoxdur! Çox ucuz qiymətə meyvələr, dəniz məhsulları, suvenirlər, təsərrüfat malları və s. Siz buradan nəsə almadan çıxmayacaqsınız!

Sözardı əvəzinə: Durian ehtirası

Manqo, papaya, rambutan – bütün bunlar ağzının dadını bilənlərin Tailandda sevimli meyvələridir. Lakin yerli əhalinin nəzərində “meyvələrin şahı” duriandır. Onu meyvə satılan istənilən yerdə görmək olar. Yolunuza durian götürməyi ağlınıza gətirməyin. Otel və aeroportların hamısında durian daşınmasının qadağan edildiyini bildirən lövhələr asılıb. Çünki bu meyvənin spesifik iyi getdikcə güclənir. Dadına gəldikdə isə heç kim ona laqeyd qalmaz. Bəziləri onu bişmiş kremlə müqayisə edir, bəziləri ondan kəskin iy gəldiyini söyləyir. Bu meyvə bizə... soğan ətirli şirin kremi xatırlatdı. Lakin Tailandda durianın dadına baxmaq ən azından ona görə lazımdır ki, sizin onun barədə öz rəyiniz olsun.

Əgər duriandan xoşunuz gələrsə və onu nəyin bahasına olursa-olsun özünüzlə evə gətirmək istəyirsinizsə, onda siz supermarketlərin hamısında satılan qurudulmuş durian və ya durian çipsiləri ala bilərsiniz.

Fotoşəkillər Xanzad Daşdəmirovundur

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Bakıda “Azərbaycan Arbitraj Günləri” adlı beynəlxalq tədbir başlayıb

® “Bakcell” ilə innovasiya dövrü başlayır!

Şəkidə vətəndaşların dini məsələlərlə bağlı müraciətləri dinlənilib

BMT-nin sessiyası çərçivəsində Azərbaycan ombudsmanının növbəti hesabatı ilə bağlı dinləmə keçirilib

Naxçıvan Muxtar Respublikasının yeni Baş naziri kollektivə təqdim edilib

Əlcəzair parlamentarisinə Azərbaycanın müstəqillik yolu barədə məlumat verilib

Azərbaycan-Macarıstan enerji əməkdaşlığı müzakirə edilib

Türk dövlətləri parlamentlərinin komitə sədrlərinin iclasının yekunları ilə bağlı mətbuat konfransı

Orxan Məmmədov: COP29 fonunda bizneslərin yaşıl transformasiyası mühüm əhəmiyyət kəsb edir

Çin “Şencou-18” kosmik missiyasını uğurla orbitə çıxarıb

Akademik Zərifə Əliyevanın 101 illiyinə həsr olunmuş beynəlxalq elmi-praktik konfrans keçiriləcək

Azərbaycan ilə Qazaxıstan arasında hərbi əməkdaşlığın inkişaf perspektivləri müzakirə edilib VİDEO

ASK: Sahibkarlar mübahisələrin həlli ilə bağlı müddəalarda yerli arbitrajlara üstünlük verməlidirlər

Yeni layihə: “UNEC alimlərindən kitab tövsiyələri”

Ali Məclisin yaz sessiyasının növbəti plenar iclası keçirilib

Türkiyə parlamentinin komitə sədri: 2040-cı il hədəflərimizə doğru inamla irəliləyirik

Nazir müavini “Maarifçi” tələbə-məzun təcrübə proqramının iştirakçıları ilə görüşüb

“Azərkosmos” Özbəkistanda torpaqların şoranlıq dərəcəsini qiymətləndirəcək

İrakli Kobaxidze: Əminəm ki, Gürcüstan tezliklə Avropa ailəsinin tamhüquqlu üzvü olacaq

Mayın 1-dən məktəbəhazırlıq qruplarında və ibtidai siniflərdə əlavə yaz tətili başlanır

Sədr: Vəkillər Kollegiyası hüquqşünas tələbələrə ən çox dəstək göstərən hüquq təsisatıdır

Azərbaycanı UEFA Gənclər Liqasında təmsil edəcək komanda bəlli olub

“Metodist hazırlığı” müsabiqəsi üzrə qeydiyyat aparılır

ABŞ-ın həkim-cərrahı Şapur Ənsəriyə Azərbaycanın diaspor siyasəti barədə məlumat verilib

MDB dövlətləri kitabxanalarının nümayəndələri birgə layihələrlə bağlı müzakirə aparıblar

Gədəbəydə fəaliyyət göstərən bazarda ciddi nöqsanlar aşkarlanıb

Milli Məclis Avropa Parlamentinin qərəzli qətnaməsinə münasibət bildirib

İstehlaka yararsız qida məhsulları məhv edilib

Avtoxuliqanlıq edən sürücü 10 gün müddətinə inzibati qaydada həbs olunub

Bərdədə soğan yığımına başlanılıb, qiymət keçən illə müqayisədə xeyli ucuzdur

Bakıdakı Rus evində Yelena Fabianovna Qnesinanın şərəfinə konsert təşkil olunub

Türkiyənin Ege Universitetinin professoru BDU-da coğrafi turizmlə bağlı mühazirə oxuyub

Zəngilan və Laçında birinci sinfə qəbulla bağlı alternativ qeydiyyat mərkəzləri fəaliyyət göstərəcək

Akademik Zərifə Əliyevanın şərəfli ömür yolu hər bir həkim üçün həyat və mənəviyyat məktəbidir

Şəki -Zaqatala Regional Təhsil İdarəsi üzrə birinci sinfə qəbulla bağlı 32 alternativ qeydiyyat mərkəzi yaradılıb

Nazirin birinci müavini: COP29 tədbirinin uğurla keçirilməsi üçün sahibkarların fəal iştirakı zəruridir

Bakıda Türk dövlətləri parlamentlərinin Xarici əlaqələr komitələri sədrlərinin ilk iclası keçirilib YENİLƏNİB

Abşeron-Xızı Regional Təhsil İdarəsinin tabeliyindəki məktəblərin rəhbərləri ilə görüş keçirilib

Xocalının Malıbəyli kəndində aşkarlanmış insan qalıqlarının sayı 8-ə çatıb

Gürcüstan prokurorluğu genişmiqyaslı transmilli cinayətin üstünü açıb

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİ ADMİNİSTRASİYASININ VƏTƏNDAŞ QƏBULU MƏRKƏZİNDƏ 2024-cü ilin may ayında vətəndaşların  qəbulu CƏDVƏLİ

Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayevin Xidmətinin məlumatı

Dövlət qulluğuna qəbul imtahanına hazırlaşanlar üçün “2000 test tapşırığı” toplusu nəşr edilib

Azərbaycanda XVI Rus dilində Respublika Olimpiadası başa çatıb

Avropa Parlamenti Gürcüstanla bağlı qətnamə qəbul edib

Bir qrup abituriyent Bakı Dövlət Universitetində

Azərbaycan Qlobal Dayanıqlı Turizm Şurasına üzv qəbul edilib

“Sərhəd” hərbi-idman oyunlarının final mərhələsinin açılış mərasimi keçirilib VİDEO

Bakıda “Kəlağayı festivalı” təşkil ediləcək

Türkiyə Çili Deputatlar Palatasının 1915-ci il hadisələri ilə bağlı qərarını qınayıb

Azərbaycanın Milli Qəhrəmanı Albert Aqarunovun xatirəsinə həsr olunmuş tədbir keçirilib

Abşeron-Xızı Regional Təhsil İdarəsi üzrə birinci sinfə qəbulla bağlı 11 alternativ qeydiyyat mərkəzi yaradılıb

Vəkillər Kollegiyasının sədri universitetlərdə yeni Hüquq fakültələrinin açılmasını təklif edir

Prezidentlər İlham Əliyev və Sadır Japarov Ağdamda Şahbulaq qalasında olublar  YENİLƏNİB

Azərbaycan gimnastı: Bütün gücümüzlə qarşıdakı Dünya Kuboku yarışlarına hazırlaşırıq

Azərbaycan və Qırğızıstan prezidentləri Ağdamın Xıdırlı kənd tam orta məktəbinin təməlqoyma mərasimində iştirak ediblər  YENİLƏNİB-2

Karlo Marino: COP29 Azərbaycan üçün öz potensialını dünyaya nümayiş etdirmək baxımından gözəl imkandır

Nazir: Sahibkarları işğaldan azad edilmiş ərazilərdə biznes qurmağa dəvət edirik

Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam Konfrans Mərkəzi ilə tanış olublar  YENİLƏNİB

Nazir: Əməkhaqqı fondunun 3 dəfə, minimum əməkhaqqının 2,8 dəfə artması böyük nailiyyətdir

“Qərbi Azərbaycana qayıdış” olimpiadasının şəhər mərhələsi keçiriləcək

Azərbaycan cüdoçusu Avropa çempionatının finalına vəsiqə qazanıb

Liseylərin şagirdləri buraxılış imtahanlarında ən yüksək nəticəni əldə ediblər

“Laçında peşə öyrən!” adlı yarmarkada 40-dan çox peşə istiqaməti təqdim olunub

Prezident İlham Əliyev və Prezident Sadır Japarov Ağdam Cümə məscidinin bərpadan sonra açılışında iştirak ediblər YENİLƏNİB

Azad olunmuş ərazilərə olan avtobus reyslərinin may ayı üzrə biletləri satışa çıxarılır

Bəzi qan təzyiqi dərmanları gözə zərər vura bilər

Anar Bağırov: Artıq vəkil olmaq hüquqşünaslar üçün bir prestij məsələsidir

“Euronews”: Bakı limanı ticarət və logistika sahəsində qlobal lider rolunu daha da möhkəmləndirmək əzmindədir VİDEO

Yol hərəkəti qaydalarını pozan 196 piyada haqqında inzibati protokol tətbiq olunub

Əliyar Ağayev “Panatinaikos”un oyununa təyinat alıb

Məhəmməd Füzuli yaradıcılığına həsr olunmuş tədbir keçirilib

Penitensiar xidmətin rəisi Türkiyədə beynəlxalq tədbirdə iştirak edib

KOBİA sədri: Naxçıvanda sahibkarlar kənd təsərrüfatına investisiya yatırmaqda maraqlıdırlar

Ağdamda Pənahəli xanın sarayı və İmarət kompleksində görülən işlərlə tanışlıq YENİLƏNİB

Masallıda qida sahəsində işləmək istəyən vətəndaşların müraciətlərinə baxılıb

Keçmiş məcburi köçkünlərin müraciətləri dinlənilib

® “Caspian Energy Club” və AISA-nın təşkilatçılığı ilə “CEO MeetUp HSE day” keçirilib

"Gəncə və gəncəlilər" layihəsi növbəti dəfə Xalq artisti Fikrət Verdiyevə həsr olunub

BMU-da tələbələr üçün “Karyera günü”

Türkiyənin “ASELSAN” şirkəti ixrac həcmini 1 milyard dollara çatdırmağı planlaşdırır

Qırğızıstan Prezidenti Sadır Japarovun Azərbaycana dövlət səfəri başa çatıb

Azərbaycanı Prezident Kubokunda təmsil edəcək taekvondoçular açıqlanıb

Həftəsonu “Kənddən Şəhərə” yarmarkaları təşkil ediləcək

Milli Məclisin sədri Türk Dövlətləri Parlamentlərinin Xarici Əlaqələr Komitələri sədrlərinin iclasının iştirakçıları ilə görüşüb

Türkiyə universiteti ilə ATU arasında birgə elmi-tədqiqat işlərinin aparılması planlaşdırılır

Fransızların çoxu Makronun Aİ qərarlarına real təsir göstərdiyinə inanmır

Məktəblilərlə ekoloji maarifləndirməyə dair söhbət aparılıb

Azərbaycanın bədii gimnastları beynəlxalq turnirində mübarizə aparacaqlar

Azərbaycan və Qırğızıstan prezidentləri birgə nahar ediblər

“Sabah”ın kapitanı: Hələ mövsümü özümüz üçün uğurlu adlandıra bilmərik

Beynəlxalq təşkilatlar, böyük dövlətlər rəsmi Bakının sülhpərvər siyasətinə ciddi dəstək göstərməlidirlər - RƏY

Dəyişən iqlim şəraitində əməyin mühafizəsi ilə bağlı maarifləndirmə tədbirləri təşkil olunub

Rusiya XIN: Moskva Azərbaycanla Ermənistan arasında dövlət sərhədinin delimitasiyasına gələcəkdə də kömək etməyə hazırdır

“Dəniz kənarında” filminin çəkiliş tarixi məlum olub

Xalq şairi Rəsul Rzanın ev-muzeyində tədbir: “100 illik şanlı tarix”

Yuğ Teatrı “21:15 qatarı” adlı yeni tamaşanın premyerasına hazırlaşır

® “Birbank Biznes”lə vaxt sənə işləsin

Elmira Süleymanova II Fəxri xiyabanda dəfn olunub

UNESCO-nun Afrikaya həsr edilmiş Zirvə toplantısında Azərbaycan da təmsil olunacaq