İQTİSADİYYAT


Taksi xidməti sahəsində dövlət-özəl əməkdaşlığı layihəsinə başlanılıb

Bakı, 27 yanvar, AZƏRTAC

Taksi xidməti sahəsində özəl şirkətlərin səmərəli fəaliyyətini nəzərə alaraq, şəhərimizin simvollarından birinə çevrilən, dövlətə məxsus təsərrüfat subyekti olan “Bakı Taksi Xidməti” MMC-nin şəffaflaşdırılması, rentabelliyinin artırılması və dövlət əmlakından səmərəli istifadənin yüksəldilməsi məqsədilə dövlət-özəl əməkdaşlığı layihəsinə başlanılıb.

AZƏRTAC xəbər verir ki, bu barədə rəqəmsal inkişaf və nəqliyyat nazirinin müşaviri Aida Bədəlova “Azərbaycanda rəqəmsal inkişaf və nəqliyyat sahəsi üzrə prioritetlər” mövzusunda keçirilən seminarda deyib.

O bildirib ki, “Bakı Taksi Xidməti”nin infrastrukturu və avtomobil parkına özəl investisiyaların cəlb edilməsi vasitəsilə kadrların və “call center” xidmətinin səviyyəsinin artırılması, xidmətin ən nümunəvi taksi xidmətlərindən birinə çevrilməsi bu əməkdaşlıqda əsas hədəfdir.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.