İDMAN
Taleh İsrafilov: Avropa Gənclər Olimpiya Festivalında yunan-Roma güləşçilərimizdən medallar gözləyirik
Bakı, 17 iyul, AZƏRTAC
Yunan-Roma güləşçilərimiz Bakıda keçiriləcək Avropa Gənclər Olimpiya Festivalına yüksək səviyyədə hazırlaşıblar. Ona görə də festivalda pəhləvanlarımızdan medallar gözləyirik.
Bu sözləri yunan-Roma güləşi üzrə yeniyetmələrdən ibarət yığma komandanın baş məşqçisi Taleh İsrafilov AZƏRTAC-a müsahibəsində deyib.
Baş məşqçi bildirib ki, bu il bir neçə yarışda iştirak edən pəhləvanlarımız yaxşı formadadırlar. Komandamız turnirə hazırlıq məqsədilə Göygöl Olimpiya İdman Kompleksində təlim-məşq tolanışında iştirak edib. Təlim-məşq toplanışı çərçivəsində fiziki, texniki, taktiki hazırlıqlar keçmişik. Komandamız ötən ayın sonunda Avropa birinciliyində uğurla çıxış edərək altı medal qazanıb. Bu, pəhləvanlarımızın XV Avropa Gənclər Olimpiya Festivalında da uğur qazanacaqlarına əminlik yaradır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.03.2024 [16:16]
Dünyanın futbol üzrə ən dəyərli “onbirliyi” açıqlanıb
- 28.03.2024 [14:22]
“Neftçi”nin iki futbolçusu “Qəbələ” ilə oyunu buraxacaq
- 28.03.2024 [12:43]