İDMAN


Taleh Məmmədov beynəlxalq turnirin finalına yüksəlib

Taleh Məmmədov beynəlxalq turnirin finalına yüksəlib

Bakı, 18 sentyabr, AZƏRTAC 

Belarusun paytaxtı Minskdə Olimpiya və dünya çempionu Oleq Karavaevin xatirəsinə yunan-Roma güləşi üzrə beynəlxalq turnir start götürüb.

Azərbaycan Güləş Federasiyasından AZƏRTAC-a verilən xəbərə görə, yarışda baş məşqçi Şaban Donat və məşqçi Rövşən Bayramovun rəhbərliyi altında Eldəniz Əzizli (55 kq), Murad Məmmədov (60 kq), Taleh Məmmədov (63 kq), Kamran Məmmədov (67 kq), Rafiq Hüseynov (82 kq), İslam Abbasov (87 kq), Orxan Nuriyev (97 kq) və Oyan Nazariani (130 kq) ölkəmizi təmsil edirlər.

İlk yarış günündə Taleh Məmmədov bütün rəqiblərinə qalib gələrək finala yüksəlib. Yarımfinalda büdrəyən Orxan Nuriyev bürünc medal uğrunda güləşəcək. Rafiq Hüseynov isə təsəlliverici qarşılaşmaya çıxacaq. Bu çəkilərdə həlledici görüşlər sabah keçiriləcək.

Turnirin hakimləri arasında həmyerlimiz Elman İsmayılov da var.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.