MƏDƏNİYYƏT


“Talelər qovuşanda” tamaşası 135-ci dəfə nümayiş olunub

Bakı, 7 fevral, AZƏRTAC

Yarım əsrdən çoxdur ki, Azərbaycan Dövlət Akademik Musiqili Teatrının repertuarında uğurla nümayiş olunan “Talelər qovuşanda” ikihissəli operetta bu dəfə də teatrsevərlər tərəfindən maraqla qarışlanıb.

Teatrın mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, uzun illərdir Xalq artisti Rauf Hacıyevin ölməz musiqilərinin sədaları altında, müxtəlif rejissorların yozumunda təqdim olunan tamaşanın sonuncu quruluşu mərhum rejissor Faiq Zöhrabova aiddir.

135-ci dəfə nümayiş edilən səhnə əsərində rolları Əməkdar artist Novruz Qartal, aktyorlar – Möylə Mirzəliyev, Gülnarə Abdullayeva, Əliməmməd Novruzov, Hüseyn və Gültac Əlililər, Şaban Cəfərov, Emil Heydərov, Güldanə Əzimova, Türkel Tariqpeyma, Elçin İmanov, Fərid Rzayev, Elməddin Dadaşov ifa ediblər.

Balet və xor artistləri də həmişə olduğu kimi, tamaşaya xüsusi ahəng qatıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.