DÜNYA


“Taliban” hərəkatı əsirlikdə olan 14 hərbçini və polisi azad edib

Bakı, 22 iyun, AZƏRTAC

“Taliban” hərəkatı Əfqanıstan güc strukturlarının əsirlikdə olan 14 əməkdaşını azad edib.

AZƏRTAC xəbər verir ki, bu barədə “Taliban” hərəkatının Qətərdə yerləşən siyasi ofisinin rəsmi nümayəndəsi Məhəmməd Suhail Şahin məlumat verib.

“Kabil administrasiyasına aid 14 əsgər və polisdən ibarət daha bir qrup həbsdən azad edilib”, - deyə Məhəmməd Suhail Şahin özünün “Twitter” səhifəsində yazıb. Onun sözlərinə görə, əsirlər Əfqanıstanın şərqindəki Nanqarhar və Nuristan əyalətlərində yerləşən həbsxanalarda saxlanılırdı.

Qeyd edək ki, fevral ayının 29-da Doha şəhərində “Taliban” hərəkatı və ABŞ arasında sülh sazişi imzalanıb. Sazişə əsasən, “Taliban” hərəkatı və Əfqanıstandakı digər tərəflər arasında danışıqlar və atəşkəs rejimi başlanmalıdır. Danışıqlardan öncə etimadın möhkəmlənməsi üzrə tədbirlər qismində hərəkatın həbsdə olan 5 min üzvü və Əfqanıstan ordusunun taliblərin əsirliyində saxlanılan minə yaxın əməkdaşı azad edilməli idi.

Hazırda Əfqanıstan hakimiyyəti “Taliban” hərəkatının 3 minə yaxın tərəfdarını, taliblər isə hökumət qüvvələrinin 500-dən çox əməkdaşını əsirlikdən azad edib. Əfqanıstan Milli Təhlükəsizlik Şurası bundan sonra əsirlərin azad olunması prosesinin ölkədə zorakılığın azaldılması və danışıqlardakı irəliləyişlə paralel aparılacağını deyib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.