DÜNYA


Taliban hərəkatı liderinin oğlu Pakistanda öldürülüb

İslamabad,22 yanvar, AZƏRTAC

Taliban hərəkatının mənəvi lideri Məhəmməd Umarın böyük oğlu Molla Yaqub Pakistanda öldürülüb.

AZƏRTAC Pakistan mətbuatına istinadla xəbər verir ki, Molla Yaqub ölkənin Kvetta şəhərindən Peşəvərə getdikdən sonra naməlum adamlar onu oğurlayıb, sonra isə qətlə yetiriblər. Mətbuatın yazdığına görə, Talibanın Pakistandakı bir sıra səhra komandirləri həbs edilib.

Hələ ki, Talibanın nümayəndələri bu hadisəyə heç bir şərh vermir.

Qulu Kəngərli

AZƏRTAC-ın xüsusi müxbiri

İslamabad

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.