DÜNYA


“Taliban” qızların təhsil almalarına qarşı qadağaları sərtləşdirir

“Taliban” qızların təhsil almalarına qarşı qadağaları sərtləşdirir

Bakı, 29 yanvar, AZƏRTAC

“Taliban” hökuməti Əfqanıstanda qızların ali məktəbdə təhsil almalarına qoyduğu qadağaları sərtləşdirir və onların universitetlərə qəbuluna mane olur.

AZƏRTAC “Al-arabiya”ya istinadla xəbər verir ki, hökumətin Ali Təhsil Nazirliyi qeydedilən mövzuda qaydaları pozan qurumların cəzalandırılacağını artıq təsdiqləyib.

Nazirlik ölkənin şimal əyalətlərində, o cümlədən Kabildə imtahanların fevralın sonuna planlaşdırıldığı haqda göstəriş verib.

“Taliban” ötən ilin dekabr ayında da universitetlərə qız tələbələrin daxil olmasına qarşı çıxmışdı.

Xatırladaq ki, qızların orta məktəblərdə oxumağı da ölkədə yasaqlanıb və məktəblərin əksəriyyəti bu səbəbdən bağlıdır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.