DÜNYA


“Taliban”ın hücumu nəticəsində 20-dən çox əfqan hərbçisi həlak olub

Bakı, 10 may, AZƏRTAC

“Taliban” hərəkatının Əfqanıstanın şimal-qərbində bir neçə nəzarət-buraxılış məntəqəsinə hücumu nəticəsində azı 24 hərbçi həlak olub, 11 nəfər isə yaralanıb.

AZƏRTAC Sinxua informasiya agentliyinə istinadla xəbər verir ki, insident Badgis əyalətində qeydə alınıb.

Taliblər də çoxsaylı itkilər verib. Ölkənin cənubundakı Qəndəhar əyalətində hava zərbələri nəticəsində hərəkatın 21 döyüşçüsünün öldürüldüyü bildirilir. Khaama Press agentliyinin məlumatına əsasən, hava zərbələri taliblərin Hakrez rayonundakı mövqelərinə endirilib.

Qəndəhar Əfqanıstanın cənubunda vəziyyətin qeyri-stabil olduğu əyalətlərdən biridir. Taliblər bölgənin bir sıra rayonlarında aktiv fəaliyyət göstərirlər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.