DÜNYA


Taliblər Əfqanıstan təhlükəsizlik qüvvələrinin 16 əməkdaşını öldürüblər

Bakı, 11 sentyabr, AZƏRTAC

Əfqanıstanın şərqində “Taliban” hərəkatının hücumu nəticəsində hökumət qüvvələrinin azı 16 əməkdaşı həlak olub, bir neçə nəfər isə yaralanıb.

AZƏRTAC xarici KİV-lərə istinadla xəbər verir ki, taliblər Nanqarhar əyalətinin Hoqyani rayonunda təhlükəsizlik qüvvələrinin mövqelərinə hücum ediblər. Hücum əfqanlararası danışıqlar ərəfəsində həyata keçirilib.

Xatırladaq ki, ABŞ və “Taliban” fevral ayının sonlarında Qətərdə sülh sazişi imzalayıblar. Sazişə əsasən Birləşmiş Ştatlar və onun müttəfiqləri 14 ay ərzində bütün qoşunları Əfqanıstandan çıxarmalıdır. O cümlədən “Taliban” hərəkatı və Əfqanıstan hökuməti arasında danışıqlar və atəşkəs rejimi başlanmalıdır.

Bu arada, Qətərin Xarici İşlər Nazirliyi tərəflər arasında danışıqların sentyabrın 12-də Doha şəhərində başlayacağı barədə məlumat yayıb. “Taliban” rəhbərliyinin üzvü Əbdül Qani Baradar və hərəkatın nümayəndə heyəti artıq Qətərin paytaxtına gəlib. Taliblər Əfqanıstan hökuməti ilə danışıqlarda iştirak etmək üçün 21 nəfərdən ibarət nümayəndə heyəti formalaşdırıb.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.