SİYASƏT


Tallində Azərbaycanın Müstəqilliyinin Bərpası Gününə həsr olunmuş konsert təşkil edilib

Tallin, 20 oktyabr, AZƏRTAC

Estoniyada fəaliyyət göstərən “İrs” Estoniya-Azərbaycan gənclər təşkilatının təşəbbüsü və təşkilatçılığı ilə Tallin şəhərində 18 Oktyabr – Azərbaycanın Müstəqilliyinin Bərpası Gününə həsr olunmuş təntənəli konsert keçirilib.

AZƏRTAC xəbər verir ki, ölkənin tarixi-mədəni memarlıq abidəsi olan Tallin Ratuşunda baş tutan tədbirdə Azərbaycanın Estoniyadakı səfiri Anar Məhərrəmov, bu ölkənin rəsmi şəxsləri və Azərbaycan diasporunun nümayəndələri iştirak ediblər.

Konsertdə gənc azərbaycanlı musiqiçilər Nəriman Əmiraslanov, Nigar Süleyman, Tokay Oqtayoğlu, Humay Hacızadə, Leyla Rəhimova və eston musiqiçisi Mari Liis Uibon çıxış ediblər. Yerli “Graatsia” rəqs qrupu Azərbaycan rəqslərini təqdim edib.

 

Asiman Əsədov

AZƏRTAC-ın xüsusi müxbiri

Tallin

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.