DÜNYA


Tallinndə ilk dəfə olaraq kiberdiplomatiya məktəbi açılıb

Tallinn, 23 iyul, AZƏRTAC

İyulun 22-də Estoniyanın paytaxtı Tallinndə dünyada ilk dəfə olaraq kiberdiplomatiya yay məktəbi fəaliyyətə başlayıb.

AZƏRTAC xəbər verir ki, məktəbin builki iştirakçıları 26 ölkədən 80 diplomat və ekspertlər olacaq.

Yay məktəbinin konsepsiyası sürətlə inkişaf edən rəqəmli texnologiyaların tətbiqi və kibertəhlükəsizlik məsələlərinin dünya diplomatiyasına təsiri və həllidir. Beşgünlük kurs əsasən səfirliklər və beynəlxalq təşkilatlarda siyasi həllər zamanı kiber üsullardan istifadə edən əməkdaşlar üçündür. Mühazirələri dünyanın bu sahə üzrə ən görkəmli kiberdiplomatları aparacaq.

Kurslar dünya üzrə fəaliyyət göstərən diplomatlar üçün açıqdır.

 

Aygün Əliyeva

AZƏRTAC-ın xüsusi müxbiri

Tallinn

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.